Xəbər lenti
Maşın at arabası ilə toqquşdu: 6 yaralı -VİDEO

5 yaşlı uşağın vəziyyəti ağırdır.
Avtomobilin at arabası ilə toqquşması 6 nəfəri xəstəxanalıq edib.
Şəmkir-Kür qəsəbəsi avtomobil yolunun Yeniabad kəndi ərazisində keçən hissəsində “Mercedes”lə at arabası toqquşub. Hadisə nəticəsində xəsarət alan 6 nəfərdən 5-i Şəmkir Rayon Mərkəzi Xəstəxanasına, 1 nəfər isə Gəncədəki xəstəxanalardan birinə yerləşdirilib.
Onlardan ikisinə ambulator yardım göstərilərək evə buraxılıb. Vəziyyəti ağır olan 5 yaşlı Qapanlı kənd sakini reanimasiya, sağlıq durumları orta-ağır kimi qiymətləndirilən 26 yaşlı Tərlan Məmmədova və 28 yaşlı Mətləb Məmmədov travmatologiya şöbələrinə yerləşdiriliblər. Xəsarət alanların at arabasında olan 1 ailənin üzvləri olduğu bildirilir.
Samir Namazov - həkim: "Dünənki tarixdə şöbəmizə 6 nəfər xəsarət alan daxil olub. Onlardan ikisi hazırda stasionar müalicədədir. 1 nəfər reanimasiya şöbəsindədir. 1 nəfər sonrakı müayinə və müalicə üçün Gəncəyə göndərilib. Hazırda stasionardakı xəstələrin vəziyyəti stabil ağır olaraq qalır". (Region TV)
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar






























