Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Ümumavropa Qarabağ mitinqi canlı yayımlanacaq

Tarix: 22-02-2019 21:39     Baxış: 3306 A- / A+
Ümumavropa Qarabağ mitinqi canlı yayımlanacaq

Dünyanın 20-dən çox ölkəsində fəaliyyət göstərən diaspor təşkilatla­rının təşəbbüsü ilə Xocalı soyqırımının 27-ci ildönümü ərəfəsində - 23 fevral tarixində Avropanın siyasi mərkəzi olan Brüsseldə (Lüksem­burq meydanında) “Xocalıya ədalət”, “Dilqəm və Şahbaza azadlıq” və s. şüarlarla Ümumavropa Qarabağ mitinqi keçiriləcək.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, diaspor təşkilatları mitinqin canlı olaraq Azərbaycanda da yayım­lanma­sı təşəbbüsünü irəli sürüblər:

"Komitə xaricdə yaşayan soydaşlarımızın hər bir təşəbbüsünə, o cümlədən bu mitinqin canlı yayımlanması ilə bağlı təşəbbüsə diqqət və həssaslıqla yanaşır. Mitinqlə bağlı lazımi dövlət qurumlarına, eləcə də televiziyalara rəsmi məktublar göndərilib, mətbuata açıqlama verilib, sosial şəbəkə üzərindən diaspor təşkilatlarına bütün mümkün dəstəklər göstərilir.

"Mitinq yerli vaxtla saat 14:00-16:00 arasında olacaq. Bu da Bakı vaxtı ilə saat 17:00-19:00-a düşür. Bu saatda hər kəs mitinqi Dövlət Komitəsinin rəsmi Facebook səhifəsindən (https://www.facebook.com/AzDiaspora/) canlı olaraq izləyə bilər.

Mətbuat xidməti olaraq, bütün həmvətənlərimizdən xahiş edirik ki, mitinqlə bağlı xəbərləri, videoları sosial şəbəkə üzərindən, eyni zamanda müxtəlif dillərdə daha çox paylaşsınlar. Bu həm düşmənə bir cavabdır, həm də xaricdə yaşayan soydaşlarımızın fəaliyyətini stimullaşdırır".publika.az


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar