Xəbər lenti
555 illik məktub - Roma Papasının Sultan Fatehə qəribə təklifi və şillə kimi cavab
Sultan Fateh Mehmet İstanbulu fəth etdikdən sonra Bizansın təşkilatçılığı ilə hərəkət edən xaçlı yürüşlərinə də son qoyuldu. Xristianlığın Şərqdəki mərkəzi olan Bizans imperatorluğunun süqutundan sonra həm xristian ölkələri, həm də Papa çox narahat idi. Çünki Osmanlının Avropaya səfərlərinin qarşısını ala biləcək güclü bir xristian dövləti yox idi. Belə olan halda Roma papası II Piy Sultan Fatehə məktub yazaraq, onu xristianlığa dəvət edir. Bir çox tarixçilərin bildirdiyinə görə, Sultan Fateh Mehmet də Papaya “Sünnət ol, səni Şeyxülislam eləyim” cavabını göndərib. Ancaq Necdet Bayraktaroğlunun yazdığına görə, Fatehin Papaya cavabı haqqında arxivlərdə hər hansı sənəd yoxdur.
Manevr.az publika.az-a istinadən 1461-ci ildə yazılan və hələ də Venesiya arxivlərində saxlanılan həmin məktubu təqdim edir:
"Sultan həzrətləri, əgər öz iqtidarının gücününün xristian millətləri arasında yayılmasını, yaxud tarixə misilsiz qəhrəman kimi düşməyi istəyərsənsə, o zaman qızıla, gümüşə, quruda və dənizdə güc sahibi olmağa ehtiyac yoxdur, bunun üçün balaca bir hərəkətin yetərlidir. Əgər bunu həll edərsənsə, dünyanın ən uca, bütün insanlıq tarixinin ən böyüyü olarsan. Bunun nə olduğunu soruşursan? Tapmaq o qədər də çətin deyil, heç uzaqlara da getməyə ehtiyac yoxdur. Onu hər yerdə tapa bilərsən. Belə ki, xaç suyuna çəkilərək xristianlığı və İncilin təlimlərini qəbul etmək lazımdır. Əgər bunu edərsənsə dünyanın ən məşhur və güclü şahzadəsi olarsan. Səni Rum və Şərqin qanuni imperatoru edərik. Xristian aləmi sizi təqdis edər və xristianlıqda mütləq hakim olarsınız. Zorla əldə edib ədalətsizcəsinə əlində saxladığın yerlər halal haqqın olar. Bütün xristianlar sənə hörmət edər. Anlaşılmayan məsələlərdə sənə müraciət edərlər.
Zülm görən hər kəs ortaq hamisi kimi sənə sığınar. Dünyanın hər yerində yaşayan insanlar səndən kömək istəyər. Çoxu da sənə könüllü olaraq boyun əyər və vergi verərlər. Tiranları məğlub etmək, yaxşıları qorumaq və düşmənlərlə mübarizə aparmaq vəzifəsi sənə verilər. Əgər doğru yolla irəliləyərsənsə Roma kilsəsi sənə qarşı çıxmaz. Bu ruhani taxt səni digər krallar kimi sevgi ilə qəbul edəcəkdir. Hətta onlardan da daha çox, çünki sənin mövqeyin daha yüksəkdir. Bu şərtlər altında bir çox krallığı müharibə aparmadan əldə edə bilərsən... Düşmənlərinə əsla yardım etməyəcəyik. Əksinə, Roma kilsəsinin haqlarını ələ keçirməyə çalışanlara qarşı səndən yardım istəyəcəyik."
Təqdim etdi: Rəşad Sahil
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar