Xəbər lenti
Professor Şahlar Əsgərovun “Kamilliyə gedən yol” kitabının təqdimatı olub -FOTOLAR

Bakı Slavyan Universitetində tanınmış ictimai-siyasi xadim, professor Şahlar Əsgərovun “Kamilliyə gedən yol” kitabının təqdimatı olub.
Manevr.az AZƏRTAC-a isinadən məlumat verir ki,, təqdimatda universitetin professor-müəllim heyəti, tələbələr və qonaqlar iştirak ediblər.
Çıxış edən universitetin rektoru Nurlana Əliyeva Ş.Əsgərovun təhsil sahəsindəki səmərəli fəaliyyətindən, elmi-pedaqoji işlərindən, yeni kadrların hazırlanmasındakı rolundan və “Kamilliyə gedən yol” kitabının elmi məziyyətlərindən ətraflı danışıb. O, alimin dəqiq elmlər sahəsində çalışmasına baxmayaraq, gənclərin təlim-tərbiyəsinə, onların dünyagörüşünün formalaşmasına xüsusi diqqət yetirdiyini qeyd edib. Rektor bu kitabın da dünya təhsil sisteminin ən yaxşı nailiyyətlərinin araşdırılmasına həsr edildiyini bildirib.
Çıxışında dünya təhsilinin hazırkı mənzərəsini təsvir edən müəllif Ş.Əsgərov reytinq cədvəllərinin hazırlanması prinsiplərinə toxunub, Türkiyənin iki universitetinin həmin cədvəllərdə yer aldığını bildirib. Alim gələcəkdə Azərbaycan universitetlərinin də həmin cədvəllərdə yer ala bilmək üçün çalışmalarının zəruri olduğunu vurğulayıb.
Daha sonra tələbələri maraqlandıran suallar cavablandırılıb.
Digər çıxış edənlər “Kamilliyə gedən yol” kitabında alimin problemə yanaşma tərzinin, müqayisə üsullarının yeni və orijinal olduğunu bildiriblər.
Manevr.az


Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar