Xəbər lenti 
					
 
		Şamaxıda azyaşlı uşaq həkim qurbanı oldu - İynə ayağında qalıb - VİDEO

ARB Şəki xəbər verir ki, Şamaxı rayon Muğanlı kənd sakini Soltanlı Manafın ayağına diqqətizlik nəticəsində evdə iynə batıb. Uşağın harayına gələn atası onu Şamaxı rayon Mərkəzi xəstəxanasına gətirib.
Manaf rentgen müayinəsindən keçib və onun sağ ayağının baş barmağ nahiyyəsində yad cisim olduğu təsbit edilib. Dərhal əməliyyat otağına aparılan Manafın ayağında cərrahiyə əməliyatı aparılıb.
Azyaşlının valideyni Vüsal Soltanlının sözlərinə görə, əməliyyatdan bir neçə gün sonra uşağın ayağında şişlər yaranıb, o təkrar Manafı Şamaxı rayon mərkəzi xəstəxanasının cərrahiyə şöbəsinə gətirib.
İkinci əməliyyatdan sonra rentgen müayinəsi olan Manafın ayağında aşkarlanan iynə parçası ailənin qəzəbinə səbəb olub. Cərrahiyə əməliyyatını icra edən həkim uşağın ayağında yad cismin olduğun təsdiqləyib, ancaq onun sağlamlıq üçün təhlükəli olmadığını bildirib.
Əməliyyatı icra edərkən həkimə pul vermədiyini deyən xəstə yaxınları bu iynənin Manaf üçün təhlükəli olmadığını təsdiq edən tibbi arayış tələb ediklərini bildiriblər. Uşağın valideynləri əməliyyatı həyata keçirən həkimi şikayət ediblər. Cərrah da öz növbəsində xəstə yaxınlarının təzyiqlərindən bezdiyini və ona qarşı edilən şantaj üzündən Vüsal Soltanlıdan prokrorluğa şikayət edib.
Hazırda Şamaxı rayon prokurorluğunda sözügedən hadisə ilə bağlı cinayət işi açılıb. Fakt araşdırılır.
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər

.jpg)

 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















