Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanlı oliqarxlar oğurladıqları 100 milyard dolları ölkədən necə çıxarıblar?

Tarix: 11-11-2016 11:46     Baxış: 5441 A- / A+
Azərbaycanlı oliqarxlar oğurladıqları 100 milyard dolları ölkədən necə çıxarıblar?

Azərbaycanda keçirilən səs-küylü məhkəmə prosesləri (Beynəlxalq Bankın İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyevin məhkəməsi də bu qəbildən olanlara aiddir) belə bir sualın meydana çıxmasına əsas verir: oliqarxlar tərəfindən oğurlanmış pulları ölkəyə necə qaytarmaq olar?

Virtualaz.org xəbər verir ki, təkcə Azərbaycan Beynəlxalq Bankının sabiq sədri Cahangir Hacıyev yüz milyonlarla pulu mənimsəyərək, ölkədən çıxarmağa müvəffəq olub. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Soltanov açıqlama verib. Cahangir Hacıyevdən uzun müddət öncə isə belə bir addımı Milli Məclisin sabiq spikeri Rəsul Quliyev və digərləri də atmışdı. Bəs görəsən, müstəqillik dövründə oliqarxlar qeyri-qanuni yollarla ölkədən nə qədər pul çıxarıblar?


Azərbaycanlı oliqarxlar oğurladıqları 100 milyard dolları ölkədən necə çıxarıblar?
Oliqarx Cahangir Hacıyev

İqtisadçı-ekspert Vuqar Bayramov deyir ki, son yoxlamalar zamanı Beynəlxalq Bankdan həqiqətən də ölkə xaricinə ciddi məbləğlər çıxarıldığı üzə çıxıb. Həmin pulların əksər hissəsi ofşor zonalarındadır: “Təəssüf ki, oliqarxlar və məmurlar, öz səlahiyyətlərindən sui-istifadə edərək, pullarını xarici valyuta ilə ölkədən çıxarıblar. Bizim oliqarxlar inkişaf etmiş ölkələrdə biznes qururlar, sərmayə yatırırlar, villalar alırlar, pullarını xarici banklarda saxlayırlar. Və bu pulların qayıdışıyla bağlı problemlər yaranır".

V.Bayramovanın sözlərinə görə, bəzi ölkələrin təcrübəsi göstərir ki, pulları geri qaytarmaq mümkündür. Amma Azərbaycanda bunu etmək bir qədər çətinlik yaradır, çünki bizdə indiki halda bunu tətbiq edəcək beynəlxalq təcrübə və mexanizm yoxdur.


Azərbaycanlı oliqarxlar oğurladıqları 100 milyard dolları ölkədən necə çıxarıblar?
Ekspert Vüqar Bayramov

“Amma bununla belə, güc strukturları pulun qayıdışına nail olmalıdır. Onlar bilməlidir ki, bu pullar hansı ölkələrdə və kimin hesabındadır. Pulların geri qaytarılması üçün Beynəlxalq Məhkəməyə müraciət olunmalıdır. Söhbət böyük məbləğdə olan pullardan gedir. Düşünürəm ki, böyük məbləğdə olan bu pulların ölkəmizə qayıdışı iqtisadiyyatımızın inkişafına dəstək verəcək", - ekspert əlavə edib.

Bank sahəsi üzrə ekspert Əkrəm Həsənov isə qeyd edib ki, pulların tamamilə qaytarılması alınmayacaq. Çünki pulun ixrac mexanizmi itirilib.

“Məsələn, oliqarx hansısa zavodun tikintisi üçün bankdan kredit istəyir, 500 milyon pul götürür. Bu məbləğin 10 faizini isə bankın rəhbərliyi "şapka" şəklində ondan alır.

Oliqarx krediti götürdükdən sonra diqqəti yayındırmaq üçün pulun müəyyən hissəsini biznesə yatırır. O, bu işə təxminən 100 milyon pul xərcləyir. Bu cür oliqarxları əslində heç iş adamı adlandırmaq da doğru deyil. Amma onların özlərinə elə gəlir ki, guya "böyük biznesmenlərdir". Paralel olaraq eyni şeyləri həm burada, həm də xaricdə təkrarlayırlar. Zərgərlik və ya restoran biznesinə sərmayə yatırırlar. Bu da müvəffəqiyyətsizliyə gətirib çıxarır.

Bu oliqarxların işçiləri də öz növbəsində rəhbərlikdən oğurlayırlar və beləliklə də, pulun müəyyən hissəsi itir. Pulun yerdə qalan hissəsinə isə oliqarxlar xaricdə mülk alır, xarici banklarda hesabda saxlayırlar.

Hətta mənim bildiyimə görə, oliqarxlardan birinin qardaşı oğlanları Beynəlxalq Bankdan götürülən pullarla xaricdən dəvət etdikləri yüngül həyat tərzi sürən qadınları paytaxtın ən bahalı mehmanxalarında qonaq ediblər, orada saxlayıblar.


Azərbaycanlı oliqarxlar oğurladıqları 100 milyard dolları ölkədən necə çıxarıblar?
Ekspert Əkrəm Həsənov

Virtualaz.org saytının suallarını cavablandıran Əkrəm Həsənov müstəqillik dövründə ümumilikdə ölkədən çıxarılmış pulların cəmini açıqlamağın çətin olduğunu vurğulayıb.

“Amma yalnız son 15 il ərzində, düşünürəm ki, minimum 100 milyard ölkədən kənara çıxarılıb. Təəssüf ki, bu cür halların qarşısının alınması üçün yeni qanunlar qəbul edilmir. Yeri gəlmişkən, ölkəmizdə bütün dövlət strukturlarını Hesablama Palatası yoxlayır. Amma Mərkəzi Bank heç vaxt yoxlanmayıb”, - ekspert qeyd edib.

Eyni zamanda, dünya təcrübəsində aktivlərin geri qaytarılması üçün dörd ildən səkkizə ilə qədər vaxt tələb olunur. Bununla belə, bəzən ölkəyə pulu qaytarmaq mümkün olmur. Ukrayna təcrübəsi də bunu göstərir. Hələ də ölkənin sabiq prezidenti Viktor Yanukoviçin pulunu tapıb qaytarmağa çalışırlar.

"Aktivlərin qayıdışı məsələsi, təəssüf ki, asan məsələ deyil. Bu mükəmməl şəraitdə dünya təcrübəsində 4 ildən 8 ilə qədər vaxt aparır. Mən demirəm ki, biz gözləməliyik. Biz nəticə verə biləcək bütün mümkün olan şərtləri tətbiq etməliyik. Nə qədər tez olarsa, bir o qədər yaxşıdır. Bu barədə bir müddət əvvəl Ukraynanın baş prokuroru Yevgeni Yeninin müavini də bildirmişdi.

Bildirmişdi ki, aktivlərin qaytarılmasında hamı iştirak edir: parlament üzvlərindən tutmuş, baş prokurorluğa qədər".

Pulların qayıdışı üsulları haqqında danışan Ə.Həsənov deyir: “Nəzərə almaq lazımdır ki, oliqarxlar öz adına rəsmiləşdirilməmiş pulları hesablarda saxlayırlar və ya ofşor şirkətlərinə qoyurlar. Və bu pulları hesablamaq çox çətindir. Buna görə bütün məbləği geri qaytarmaq mümkün deyil”.

"Bu səbəbdən, nə qədər çətin olsa da, necə olursa olsun, ədalət naminə bu oliqarxlarla sazişə getmək lazımdır. Başqa bir yol daha var, bu isə hüquqi yol deyil – onları sıxmaq da olar.

Mən elə bir insanam ki, məndən ötrü qanun və insan haqlarından yüksək heç nə yoxdur. Amma görəndə ki, bu cür oliqarxlara görə iqtisadiyyatımız belə vəziyyətə düşür, onlara edilən təzyiqləri görməmək üçün gözlərimi bağlamaq istərdim. Təki oğurlanan pullar geri qaytarılsın və bu başqaları üçün bir görk olsun”, - Ə.Həsənov əlavə edib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar