Xəbər lenti
Məcburi köçkün ailəsi imdad diləyir :"Cənab Prezidentimiz İlham Əliyevdən kömək istəyirik"
Əli hər yerdən üzülən məcburi köçkün mediaya üz tutdu: "Problemim öz həllini tapmayınca, hər gün bu məsələni qabardacam."
Manevr.az Kəlbəcərdən olan məcburi köçkün Ələddin Məhyəddin oğlu Səfərovun başına gətirilən olayla bağlı müraciətini olduğu kimi təqdim edir:
"Hörmətli sayt rəhbərləri, bizə kömək edin. Mənim daha müraciət etmədiyim orqan qalmadı. Bəlkə mətbuatda bunu işıqlandırasınız, ondan sonra bir nəticəsi ola.
Mən, Səfərov Ələddin Məhyəddin oğlu ailəmlə birlikdə Kəlbəcər rayonu Ağdaban kəndindən məcburi köçkünük. 2008-ci ildə Bakıdan Gəncə şəhərinə köçmüşük. Gəncədə Abbasov Etibar Zeynal oğlundan “sənədli torpaq” adı altında torpaq sahəsi aldıq. Lakin sonra məlum oldu ki, bu torpaq sahəsi "Azərittifaq" deyilən təşkilata məxsus olub. Həmin dövrdə polis mayoru işləyən Etibar Abbasov bu sahəni yalnız icarəyə götürüb. Uzun müddət onunla bizim aramızda verdiyim pul üstündə mübahisələr başladı. Dəfələrlə polisə, prokurora müraciət etdik. Bu mübahisənin nəticəsi olaraq iki dəfə insult keçirmişəm. Nəticədə yenə polisin (sahə müvəkkili Babaşov soyadlı mayor) razılığı və iştirakı ilə guya ki, həmin torpaq sahəsini satıb bizə olan 10000 dollar borcunu qaytaracaqdı. Hətta, oğlumun şəxsiyyət vəsiqəsini də həmin Babaşov aldı mayor aldı ki, guya sənədləşməyə aparır. Torpağı da bizə göstərib gec-tez satıldı-satılmadı bura artıq sizə məxsusdur dedi.
Lakin 2014-cü ilin yazında məlum oldu ki, Abbasov Etibar bu torpaqları Gəncədə iş adamı, əslən Kəlbəcər rayonundan olan uzun müddət prokuror vəzifəsində çalışmış Novruzov Məhəmmədli Cəmil oğluna satmış, o da özəlləşdirib. Məhəmmədli deyilən dırnaqarası iş adamı bizə yaxınlaşıb buradakı boş torpaqların artıq ona məxsus olduğunu bildirdi. Qeyd edim ki, burada həm də çoxlu evlər də tikilib. Yaşayış evlərindəki adamlara evlərini tərk etməyi tapşırdı. Yuxarıların qarışmasından sonra tikili evlərə olan iddiasından əl çəkdi, onların sənədini də verdi. Və qeyd olunan ərazinin də bizə pul əvəzində Abbasov Etibarın verdiyini bildiyini təsdiq etdi . O torpaq sahəsinin Etibardan satın aldığı zaman bu sahənin pulunu ödəmədiyini də özü təsdiqləyib. Mənə isə “narahat olmayın, sizin sənədi özüm verəcəm” deyərək, məni yaratdığı firmanın icraçı direktoru təyin etdi. Həmin sənəd də hazırda əlimdədir. Hər gün zəng edib müəyyən tapşırıqlarını verirdi. Bizə çatası torpaq payını satmaq məqamı gələndə isə bundan qətiyyən imtina etdi, aramızda münaqişə başladı. Hansıki bu pulla mən işsiz olan ailəm üçün müəyyən işlər görmək istəyirdim. Gözümü illərdi bu pula dikmişəm. Hər ay mən müalicə olunuram . Dəfələrlə müraciət etsəm də, sənədi verməkdən imtina etdi. Bu günlərdə məlum olur ki Məhəmmədəlinin qardaşı Vidadi ( hal-hazırda onun bütün işlərinə bu insan nəzarət edir) bizə məxsus olan sahəni başqa birisinə satır. Satmaq istədiyi adam axı bu torpaq filankəsə məxsusdur, onunla razılaşmısınızmı soruşanda, Məhəmmədili Novruzovun qardaşı Vidadi "o kimdir eyy..." deyərək, mənim ünvanıma söyüşlər yağdırıb.
Cənab Prezidentimiz İlham Əliyevdən, deputat Cavid Qurbanovdan kömək istəyirik. Mənim hüquqlarımı harınlamış iş adamı Məhəmməldi Novruzov pozur. Ailəmi məhv edir. Onun Gəncədə reketlik fəaliyyətinə son qoyulsun."
Hörmətlə, Kəlbəcər rayon Ağdaban kəndindən məcburi köçkün düşmüş Səfərovlar ailəsi.

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar