Sizin Reklam Burada
Xəbər lenti
05-05-2024
04-05-2024
BÜTÜN XƏBƏRLƏR

Müxalifətçi övladları harada, nə edirlər?

Tarix: 07-10-2018 20:39     Baxış: 3719 A- / A+
Müxalifətçi övladları harada, nə edirlər?


Mətbuat zaman-zaman hökumət məmurlarının övladları ilə bağlı araşdırmalar aparır. Kimin uşağı harda, hansı vəzifədə çalışır? Harda oxuyub, nə qədər müddətdir dövlət qulluğundadır və sair. Hər zaman bu cür dosyelər oxucular tərəfindən maraqla izlənilir. Amma insanlar həm də müxalifətçi övladları ilə də maraqlanırlar. Atalarına heç yerdə iş verilməyən, dövlət qulluğuna götürülməyən müxalifətçi uşaqları da eyni taleyi yaşayırlarmı?

Musavat.com bununla bağlı bir dosye hazırlayıb. Hansı müxalifət funksionerinin uşağı harda oxuyub, harda çalışır?

Azərbaycan milli azadlıq hərəkatının liderlərindən biri, Milli Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbərin iki oğlu var. İlkin Qəmbər və Turqut Qəmbər.

Müxalifətçi övladları harada, nə edirlər?




Hər ikisi ali təhsilli, yüksək intellektə malik, sərbəst düşüncəli gənclərdəndir. 1987-ci il doğumlu İlkin iki il Bakı Dövlət Universitetində oxuduqdan sonra təhsilini Türkiyənin Yedditəpə Universitetində davam etdirib. Vaxtilə demokratik düşərgədə fəal olan “YOX”, “Arı”, “Ol” gənclər təşkilatlarının fəallarından olub. Bir müddət rusdilli minval.az saytının redaktoru olub. Hazırda ailəsi ilə birgə Kanadadadır.


Müxalifətçi övladları harada, nə edirlər?



Turqut Qəmbər 1989-cu ildə doğulub, orta təhsilini Bakı Avropa Liseyində alıb. BDU-nun beynəlxalq münasibətlər fakültəsini bitirib, magistratura təhsilini xaricdə alıb. “Nida” Gənclər Təşkilatının İdarə Heyətində təmsil olunur. T.Qəmbər də free lance çalışır, stabil iş yeri yoxdur.


Müxalifətçi övladları harada, nə edirlər?



Mərhum prezident Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyev Fövqəladə Hallar Nazirliyində işlə təmin olunub. Qeyd edək ki, 29 yaşlı Ərturqut Əliyev Kooperasiya Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsini bitirib. Onun qızı Çilənay xanım da evdar xanımdır, heç yerdə çalışmır, Aqil Səmədbəyli ilə evlidir.

Müsavat Partiyasının İcra Aparatının rəhbəri Arif Hacılının oğlu Orxan və qızı Natəvan xaricdə təhsil alıblar. N.Hacılı hazırda Amerikada yaşayır.

Eks baş nazir, eks millət vəkili Pənah Hüseynin 3 övladı var: Vaqif Hüseyn BDU-nun beynəlxalq hüquq fakültəsini bitirib. V.Hüseyn həmin ixtisas üzrə magistratura və aspirantura təhsili də alıb. Hazırda “Yeni Müsavat” Media Qrupunda həm hüquqşünas, həm də yazar olaraq çalışır.


Müxalifətçi övladları harada, nə edirlər?


Günay Hüseyn BDU-nun tarix fakültəsini bitirib. Bakalavr pilləsini bitirəndən sonra 2003-cü ildə magistraturaya daxil olub. O da magistratura və aspirantura təhsili alıb. Demokratiya və Qadın Təşəbbüsləri İctimai Birliyinin sədridir, ailəlidir.

Aybəniz Hüseyn isə Şimali Kipr Türk Cümhuriyyətinin Doğu Akdəniz Universitetində magistratura təhsilini bitirib. Hazırda Kiprdə elmi fəaliyyətlərini davam etdirir.

Müsavat Divanının üzvü, tanınmış politoloq Hikmət Hacızadənin oğlu Adnan Hacızadə 2000-ci ildə Qafqaz Universitetinə daxil olub, iki il sonra ABŞ-a gedərək, təhsilini Riçmond Universitetində davam etdirib. Burada siyasətşünaslıq üzrə bakalavr təhsili alıb. 2005-ci ildə Bakıya gəlib. A.Hacızadə daha sonra haqsız yerə həbs edilib. 2010-cu ildən azadlıqdadı. Columbia University in the City of New York məktəbində iqtisadi və siyasi elmlər üzrə təhsil alıb. Hazırda Amerikadadır, Siettle ştatında elmi-tədqiqat mərkəzində çalışır.


Müxalifətçi övladları harada, nə edirlər?




ADP sədri Sərdar Cəlaloğlunun ilk övladı Tural Sankt-Peterburqda Rusiya Daxili İşlər Nazirliyinin Hüquq İnstitutunun hüquq fakültəsini bitirib. Hazırda Norveçdə yaşayır, ailəlidir. Sərdar bəyin ikinci oğlu Cəlal Azərbaycan Ali Diplomatiya Kollecini bitirib. Hazırda İngiltərədə, ailəsi ilə birgə yaşayır. Ailənin üçüncü övladı Cavid “Təfəkkür” Universitetinin iqtisadiyyat fakültəsini bitirib və bir müddət özəl müəssisələrdən birində çalışır. Hazırda işsiz olduğu bildirilir. Ailənin ən kiçik övladı Tulay Sərdarqızı Tibb Texnikumunu qırmızı diplomla bitirib. Onun harda çalışması barədə məlumat yoxdur.

Müsavat Divanının eks üzvü, professor Qabil Hüseynlinin qızı Könül hazırda Musiqi Akademiyasında müəllim kimi çalışır, dosentdir. Oğlu Toğrul Hüseynli isə Bülbül adına musiqi məktəbini fərqlənmə ilə bitirib, Milli Musiqi Akademiyasına ən yüksək balla qəbul olunub, prezident təqaüdçüsü olub.

Eks millət vəkili Nəsib Nəsiblinin iki oğul övladı var. Ayxan Şimali Kiprdə və Macarıstanda universitet təhsili alaraq, Bakıya dönüb, hazırda işləyir. Tuncay da Şimali Kipr Ağdəniz Universitetində təhsil alıb.

AXCP sədri Əli Kərimlinin böyük oğlu Türkel İngiltərədə Bristol Universitetində hüquqşünas təhsili alıb və hazırda Londondadır. Ortancıl qızı Selcanın da Londonda təhsil aldığı bildirilir. Kiçik oğlu isə 2013-cü ildə dünyaya gəlib və hazırda valideynlərinin yanında, Bakıda yaşayır.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar