Sizin Reklam Burada
Xəbər lenti
27-04-2024
26-04-2024
BÜTÜN XƏBƏRLƏR

Rusiyalı ekspert: "Bakının öz ərazilərini qan tökülmədən qaytara biləcəyi vaxt çatıb"

Tarix: 04-10-2018 16:51     Baxış: 4206 A- / A+
Rusiyalı ekspert: "Bakının öz ərazilərini qan tökülmədən qaytara biləcəyi vaxt çatıb"


"Ermənistan yenidən silkələnir və elə görünür ki, ölkə vətəndaş müharibəsi astanasındadır".

Manevr.az xəbər verir ki, bunu Trend-ə rusiyalı ekspert və teleaparıcı Yevgeni Mixaylov Ermənistandakı son hadisələri şərh edərkən deyib.

Ekspert bildirib ki, populist şüarlarla hakimiyyətə gələn Nikol Paşinyan yarana vəziyyəti nəzarətdə saxlaya bilməyib:

"O bəyan edir ki, onu xalq dəstəkləyir, amma elə həmin xalq onu tarixin bir kənarına atacaq. Aydındır ki, buraxılması istənildiyi parlamentdə oturanlar və istefaya göndərilmiş nazirlər öz mövqelərini asanlıqla verməyəcək".

Onun sözlərinə görə, tarix hər zaman ardıcıldır və məxməri inqilablar həmişə öz qəhrəmanlarını udur və Ermənistan ya xarici vasitəçilərin köməyi ilə vəziyyəti sabitləşdirməklə inkişaf yoluna çıxacaq, ya da ölkədə vətəndaş müharibəsi xaosu yaranacaq:

"Hesab edəriəm ki, Paşinyan müəyyən şərtlərlə Azərbaycana da müraciət edə bilər. Azərbaycan hələ ki, sakitcə müşahidə edir və Dağlıq Qarabağ məsələsinin həlli üçün vəziyyətdən istifadə etmir. Əslində, Yerevanda vəziyyət çox ağırdır. Bura Vladimir Putinin Yerevana baş tutmayan səfərini və onun Paşinyanla Düşənbədə çox qısa söhbətini əlavə etmək olar. Fikrimcə, bütün bunlar təsadüfi deyil".

Rusiya ekspert əlavə edib ki, bu vəziyyətdə Bakı de-yure Azərbaycana məxsus olan Qarabağ ərazilərini faktiki olaraq qan tökülmədən geri ala bilər.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar