Xəbər lenti 
					
 
		Əliyevlə Paşinyan bir liftdə - “Sensasion kadrlar”

Vladimir Solovyevin təqdimatı ilə "Rossiya 1” televiziyasında yayımlanan "Moskva. Kreml. Putin” proqramında MDB dövlət başçılarının Düşənbədə keçirilən sammitindən kadrlar yayımlanıb.
BakuPost yerli KİV-ə istinadən xəbər verir ki, reportajda sammitin detalları göstərilib.
Bunlardan ən maraqlısı isə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasındakı ünsiyyət olub. Belə ki, videoda İlham Əliyev və Paşinyanın sammitin keçiriləcəyi zala getmək üçün bir yerdə liftə daxil olduqları əks olunub. Jurnalist hər iki liderin sammitin keçirildiyi zala getdikləri müddət ərzində danışıqları davam etdirdiklərini söyləyib və bunu "sensasion kadrlar” adlandırıb.
Qeyd edək ki, bundan öncə yayımlanan kadrlarda İlham Əliyevlə Nikol Paşinyanın prezidentlərin birgə şəkil çəkdirdiyi zaman danışıqlar apardığı əks olunmuşdu.
Xatırladaq ki, Azərbaycan prezidenti ilə Ermənistanın baş naziri arasında Düşənbədə ilk dəfə ünsiyyət baş tutub. Tərəflər Qarabağ münaqişəsi zonasında gərginliyin azaldılmasını müzakirə ediblər və iki ölkə rəhbərliyi arasında birbaşa əlaqə kanalının yaradılması haqda razılığa gəliblər.
Manevr.az
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















