Xəbər lenti
Cümhuriyyət, sovet və müstəqillik dövrünün parlament sədrləri-SİYAHI
Onlar haqqında nələr bilirik; ən “uzun ömürlü” spiker Süleyman Rüstəm olub...
Sentyabrın 21-də Azərbaycan parlamentinin 100 illiyi münasibətilə Milli Məclisdə təntənəli iclas keçirilib. Bu önəmli tarixin aktuallığını nəzərə alaraq, ADR, sovet dönəmi də daxil olmaqla indiyə qədər parlamentə rəhbərlik edən şəxslərin siyahısını təqdim edirik:
Parlamentin ilk sədri Əlimərdan bəy Topçubaçov olub. O, 1918-ci il dekabrın 7-dən 1920-ci il aprelin 28-ə, yəni Azərbaycan Xalq Cümhuriyyəti süquta uğradığı günə qədər qanunverici orqana rəhbərlik edib. 8 noyabr 1934-cü ildə Paris ətrafında vəfat edib, məzarı Sen Klu şəhər qəbiristanlığında yerləşir.
Azərbaycan SSRİ-də isə qanunvericilik orqanı yeni formatda - respublikanın Ali Soveti kimi təşkil olunub. I çağırış Azərbaycan SSR Ali Sovetinə birbaşa seçkilər 24 iyun 1938-ci ildə keçirilib.
SSRİ dövründə 1938-ci ildən 1989-cu ilə qədər Azərbaycan SSR Ali Soveti adı altında parlamentimiz fəaliyyət göstərib. Həmin müddətdə Ali Sovetə rəhbərlik edən şəxslər aşağıdakılardır:
Yaqubov Mirteymur Mirələkbər oğlu (18 iyul 1938-ci il - 7 aprel 1941-ci il)
Əliyev Əziz Məmmədkərim oğlu (7 aprel 1941-ci il - 6 mart 1944-cü il)
Qafarzadə Sultan Əsədulla oğlu (6 mart 1944-cü il - 22 mart 1947-ci il)
Yusifov Yusif Niftalı ağa oğlu (22 mart 1947-ci il - 26 mart 1951-ci il)
Əhmədov Ağamirzə Mirzəli oğlu (26 mart 1951-ci il - 18 aprel 1953-cü il)
Topçubaşov Mustafa Ağabəy oğlu (18 aprel 1953-cü il - 25 mart 1955-ci il)
Bayramov Abdulla Səlim oğlu (25 mart 1955-ci il - 23 yanvar 1958-ci il)
İbrahimov Mirzə Əjdər oğlu (23 yanvar 1958-ci il - 25 mart 1959-cu il)
Cəfərli Qəzənfər Musa oğlu (25 mart - 26 noyabr 1959-cu il)
Tağızadə Əli Əli oğlu (26 noyabr 1959-cu il - 29 mart 1963-cü il)
Dadaşzadə Məmməd Arif Məhərrəm oğlu (29 mart 1963-cü il - 5 aprel 1967-ci il)
Topçubaşev Mustafa Ağabəy oğlu (5 aprel 1967-ci il - 1 iyul 1971-ci il)
Rüstəmzadə Süleyman Əliabbas oğlu (1 iyul 1971-ci il - 10 iyun 1989-cu il)
Azərbaycan SSR Ali Sovet fəaliyyət göstərdiyi dövrdə Rəyasət Heyəti də mövcud olub. Rəyasət Heyətinə bu şəxslər sədrlik ediblər:
Mirbəşir Fəttah oğlu Qasımov - 1937-1949
Nəzər Heydər oğlu Heydərov - 1949-1954
Mirzə Əjdər oğlu İbrahimov - 1954-1958
İlyas Kərim oğlu Abdullayev - 1958-1959
Səftər Məmməd oğlu Cəfərov - 1959-1961
Məmməd Əbdül oğlu İsgəndərov - 1961-1969
Qurban Əli oğlu Xəlilov - 1969-1985
Süleyman Bayram oğlu Tatlıyev - 1985-1989
Elmira Mikayıl qızı Qafarova - 1989-1990
E.Qafarova 1990-cu il 18 maydan 1991-ci il 18 dekabra qədər Azərbaycan SSR Ali Sovetinin sədri olub. 18 oktyabrda qazanılan dövlət müstəqilliyi onun dövrünə təsadüf etdiyi üçün Azərbaycan Respublikasının ilk parlament sədri o sayılır. 1992-ci il martın 5-ə qədər E.Qafarova qanunverici orqana rəhbərlik edib.
Onun xələfi tibb elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Yaqub Məmmədovdur. O, 1992-ci il martın 6-dan mayın 14-ə qədər parlamentin sədri olub. Eyni zamanda, Y.Məmmədov spiker olduğu aylarda prezident səlahiyyətlərini də icra edib. Y.Məmmədov 1941-ci il mart ayının 3-də Gədəbəy rayonunun Əli-İsmayıllı kəndində anadan olub. Hazırda Bakıda yaşayır.
Y.Məmmədovu Müsavat Partiyasının keçmiş başqanı, Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər əvəzləyib. İsa Qəmbər 1992-ci il 17 maydan 1993-cü il iyunun 13-ə qədər Azərbaycan Ali Sovetinin sədri olub. Parlament sədrliyinin ilk bir ayında İ.Qəmbər prezident səlahiyyətlərini də icra edib.
Onu mərhum prezident Heydər Əliyev 1993-cü il 15 iyunda əvəz edib. H.Əliyev həmin il noyabrın 5-ə qədər parlamentə rəhbərlik edib, eyni zamanda, özündən öncəki iki spiker kimi ölkədə prezident səlahiyyətlərinin də icraçısı olub.
5 noyabr 1993-cü ildən 1995-ci il 12 noyabra qədər Azərbaycan Respublikası Ali Sovetinin sədri hazırda Amerikada mühacir həyatı yaşayan Rəsul Quliyev olub. 1995-ci il 12 noyabrda Azərbaycan Konstitusiyasının qəbulundan sonra qanunverici orqanımız Milli Məclis adlanır. Milli Məclisin də ilk sədri R.Quliyevdir. O, 1996-cı il 11 sentyabra qədər spiker olub.
1996-2005-ci illərdə Milli Məclisə hüquq elmləri doktoru, professor Murtuz Ələsgərov rəhbərlik edib. 7 avqust 2012-ci ildə uzun sürən xəstəlikdən sonra Bakı şəhərində vəfat edib.
2005-ci ildən bu günə qədər parlamentin spikeri Oqtay Əsədovdur. O, Oqtay Əsədov 1955-ci il yanvarın 3-də Qərbi Azərbaycanın Qafan rayonunun Şəhərcik kəndində anadan olub.musavat.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar