Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Kəlbəcərli girovların dəyişdirilməsi bu səbəbdən alınmır

Tarix: 21-09-2018 08:45     Baxış: 31 179 A- / A+
Kəlbəcərli girovların dəyişdirilməsi bu səbəbdən alınmır


Ermənistanın hiyləgər planı və...
Kəlbəcərli girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi, Azərbaycanda həbsdə olan erməni diversantlarla dəyişdirilməsi məsələsi artıq neçənci dəfədir ki, ATƏT-in toplantısında qaldırılır. Bir neçə gün öncə Polşanın paytaxtı Varşava şəhərində ATƏT-in Demokratik İnstitutlar və İnsan Haqları Ofisinin təşkil etdiyi illik sammitdə Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov hazırda yüzlərlə azərbaycanlının qanunsuz olaraq, Ermənistanda və işğal olunmuş Dağlıq Qarabağda girov saxlanıldığını, onların bəziləri barədə heç bir məlumatın olmadığını bildirib.

Kəlbəcərli girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin azadlığa buraxılması məsələsinə toxunan hüquq müdafiəçisi Ermənistanın beynəlxalq qanunlara əməl etmədiyini və BMT-nin Cenevrə Konvensiyasının tələblərini kobud surətdə pozduğunu bildirib. Ermənistanın bu siyasətə son qoymasını tələb edən ADİHİ rəhbəri azərbaycanlı mülki girovların erməni hərbi diversantlarla dəyişdirilməsinin tərəflər arasında etimad mühiti yarada biləcəyini də xüsusi vurğulayıb: “Azərbaycanlı mülki şəxslər Dilqəm Əsgərov və Şahbaz Quliyev artıq 4 ildir ki, qeyri-qanuni olaraq həbsdədir, Ermənistan tərəfi onları faktiki olaraq, girov saxlayır.

Bu müddət ərzində biz dəfələrlə beynəlxalq platformalarda bu barədə məsələ qaldırmışıq, Ermənistan tərəfinə müraciətlər etmişik. Əfsuslar olsun ki, Ermənistan hökuməti beynəlxalq qanunvericiliyin tələblərinə məhəl qoymur. Bu gün Azərbaycanda 2 erməni hərbi diversant həbsdədir. Arsen Baqdasaryan və Karen Kazaryan müxtəlif vaxtlarda təmas xəttini keçərək, Azərbaycan tərəfində müxtəlif xarakterli təxribatlar törətməyə cəhd göstəriblər və Azərbaycan əsgərləri tərəfindən saxlanılıblar. Düşünürəm ki, Ermənistanın yeni hökuməti məsələyə daha praqmatik yanaşacaq və girovların dəyişdirilməsinə müsbət cavab verəcək. Çünki bu, ilk növbədə münaqişə tərəfləri arasında etimad mühitinin yaranmasına gətirib çıxara bilər”.

Qeyd edək ki, Azərbaycanda hazırda iki nəfər erməni diversant həbsdədir. Onlarla kəlbəcərli girovların dəyişdirilməsi məsələsi dəfələrlə gündəmə gətirilib, məlumatlara görə, hökumət tərəfindən bu barədə təkliflər də edilib. Lakin bu günə qədər Ermənistan bu məsələyə müsbət reaksiya vermir. Girovların bu şəkildə dəyişdirilməsi nədən mümkün olmur?

Kəlbəcərli girovların dəyişdirilməsi bu səbəbdən alınmır


İtkin düşənlərin axtarışı, əsir və girovların azad edilməsi üzrə Beynəlxalq İşçi Qrupunun üzvü, hüquq müdafiəçisi Əvəz Həsənov “Yeni Müsavat”a bildirdi ki, Ermənistan iki nəfər əsir düşmüş vətəndaşını Dilqəm Əsgərov və Şahbaz Quliyevlə dəyişməkdə maraqlı deyil: “Onlar bu məsələ ortalığa çıxan gündən bunu elan ediblər. Məsələni öz üzərlərindən atırlar. Eyni zamanda Dilqəm Əsgərov və Şahbaz Quliyevin taleyinin həllini Dağlıq Qarabağ tərəfinin ”daxili işi" kimi izah edərək bu məsələyə qarışmadıqlarını deyirlər. Kəlbəcərli girovları indiyə qədər azad etməməyin səbəbi məhz budur-Ermənistanın məsələni Dağlıq Qarabağın üzərinə atması".

Ermənistanın bu taktikasının arxasında dayanan məqsəd isə aydındır. İşğalçı ölkə girovların azad edilməsi üçün Azərbaycanın Dağlıq Qarabağdakı separatçı rejimə müraciət etməsini arzulayır ki, bunun üzərində siyasi şou düzənləsinlər. Azərbaycanın isə bəlli səbəblərdən Dağlıq Qarabağa rəsmi müraciət etməsi mümkünsüzdür.

Xatırladaq ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib. İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qanunsuz “məhkəmə” qurulub. “Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev 22 il müddətinə azadlıqdan məhrum edilib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar