Sizin Reklam Burada
Xəbər lenti
01-05-2024
30-04-2024
BÜTÜN XƏBƏRLƏR

Ömrün kamillik yaşında: Cavid QURBANOV - 60

Tarix: 19-09-2018 16:16     Baxış: 31 146 A- / A+
Ömrün kamillik yaşında: Cavid QURBANOV - 60


İrili-xırdalı bütün titullardan, adlardan yüksəkdə dayanan İNSAN adı və o adı layiqincə daşıyan adamlar ölkənin, ümumilikdə bəşəriyyətin qazancıdır. Qürur duyduğumuz, adı çəkiləndə fəxr hissi ilə andığımız şəxsiyyətlər var ki, onlar məmləkətin güzgü simalarıdı. Mənsub olduğun millətin adını, şərəfini qorumaq, Vətən dediyin torpağın uğrunda canından keçməyə hazır olmaq bütün vəzifələrin fövqündə dayanan vətəndaşlıq borcu, vəzifəsidir. Bunun üçün əsgər olmaq, əldə silah tutmaq mütləq deyil. Çalışdığın sahədə Vətən adına atdığın hər hansı uğurlu addım, gördüyün müvəfəqqiyətli iş və bütün məsuliyyətinlə, sevginlə millətin yanında olmaq əzmin artıq sənin öz cəbhəndə qələbən sayılır...
Qələbəsi hər addımda nəzərə çarpan, şəxsiyyəti və vətənpərvər mövqeyi ilə xalqın rəğbətini qazanmış Azərbaycan Dəmir Yolları QSC-nin sədri, Azərbaycan Voleybol Federasiyasının Prezidenti, millət vəkili Cavid Qurbanov ömür nərdivanının 60-cı pilləsindədir. Əməyə verilən qiymətin bariz nümunəsi olaraq ölkə başçısı İlham Əliyevin yubiley ərəfəsində Cavid Qurbanovu “Şöhrət” ordeni ilə təltif etməsi ikiqat təbrik qürurunu yaşadır bizə.
Manevr.az olaraq hər iki münasibətlə dəyərli Cavid müəllimi təbrik edir, hər zaman dayandığı ucalıqda qalmasını diləyirik.


Kökdən gələn keyfiyyət və mənəvi dəyərləri özündə cəmləmiş Cavid Qurbanov gördüyü işlərlə, vətənə sevgi və sədaqəti, millətin vəkili olaraq hər zaman onun yanında olması, dövlətə və dövlətçiliyə əvəzsiz xidməti ilə vətənpərvər vətəndaş adını doğrultmuş şəxsiyyətdir.
Bu gün də məhəbbətlə anılan, mədəniyyətimizə və ədəbiyyatımıza gözəl töhfələr vermiş Ağdabanlı şair Qurbanın, saz- söz sənətinin parlaq günəşi, halallıq rəmzi, saflıq mücəssəməsi Dədə Şəmşirin ocağından köz götürmüş, dəyərli ziyalı Qənbər Şəmşiroğlu tərbiyəsi almış Cavid Qurbanov həm də gözəl şeirlər müəllifidi.
İnşallah Kəlbəcərdə Qələbə şeirini yazması arzusuyla bir daha Cavid müəllimi təbrik edir, şairin ruhundan doğan misraları oxucuların ixtiyarına veririk:



S.Qərib
Manevr.az

DAĞLAR BİZİM DAĞLAR DEYİL

Zirvəsi var, qarı da var,
Dağlar bizim dağlar deyil.
Yurd düşənin yurdu da var,
Dağlar bizim dağlar deyil.

Bu dağların eli başqa,
Çəmən, çiçək, gülü başqa,
Bu dağların dili başqa,
Dağlar bizim dağlar deyil.

Biz yolçuyuq, omur yoldu,
Cavanlığım orda qaldı.
Gec anladım, gözum doldu,
Dağlar bizim dağlar deyil.

Ömur keçir pərdə-pərdə,
Həsrət bizi saldı dərdə.
Dağlar qaldı Kəlbəcərdə,
Dağlar bizim dağlar deyil.

BİR ÜRƏK İSTƏYİRƏM


Bir ürək istəyirəm -
zirvələrdən çəkilib
ətəklərə enməsin.

Bir ürək istəyirəm, -
əhdinə sadiq qalsın,
sədaqətdən dönməsin.

Bir ürək istəyirəm, -
Hər soyuqdan qorxmasın.
Hər alov bu ürəyi
Yandırmasın, yaxmasın.

Bir ürək istəyirəm -
oduna, alovuna
El-obası qızınsın.

Bir ürək istəyirəm -
axsa, tökülsə qanı
Yerdə "Vətən" yazılsın!

Bir ürək istəyirəm -
güllərdən ilham alsın.
Buzu, qarı əridib
qış günü bağça salsın.

Bir ürək istəyirəm -
Sevinməsin gərəksiz;
Köməksizə əl tutsun -
Çörək dərdi çəkənlər
Heç qalmasın çörəksiz.

Bir ürək istəyirəm -
xalqına gərək olsun.
Bir ürək istəyirəm -
Belə bir ürək olsun!

ÖMÜR PİLLƏ-PİLLƏDİR

Gözlərimdən damla düşdü,
Yandırdımı yeri görən?!
Ömür də damla kimidir -
Qayıdarmı geri görən?!

Bizim alın yazımızdır
Bu həyatın hər nəyi var.
Ömür bənzər pillələrə -
Çıxmağı var, düşməyi var.

Kimin ağlı yerindəsə
Öz ömrünü başa düşər.
Kimin bəxti yeyin olsa
Zəri yekdən şeşə düşər.

Pillələri addım-addım
Qalxanda biz, düşəndə biz,
Gah güldürür, gah ağladır -
Fərəhimiz, kədərimiz.

Əyri olan bu dünyada
Çətin imiş düz yaşamaq...
Ağrı-acı yeyə-yeyə
Nəyə lazım yüz yaşamaq.

Əyri olan bu dünyada
Rəbbim, mənə düzlüyü ver.
Ürəkləri oxumağa
Bir bəsirət gözlüyü ver.

Ruhumdadır, Allah, eşqin,
Sənə fəda bir canım var.
Pillələri çıxdım, düşdüm,
Üzü sənə şükranım var.

FƏLƏK


Sevgilimin vüsalına
Məni həsrət qoyan fələk.
Sən nə yaman qan edirsən,
Bircə anlıq dayan, fələk!

İtirmisən haqqı-sayi,
Bir bilmisən qışı, yayı.
Gedənlərin yoxdu sayı,
Cavanlara qıyan fələk!

Uçurumlar düzəldən - sən,
Yapışmazsan düz əldən sən.
Naxələfsən əzəldən sən,
Belə tutub mayan, fələk!

Ürəyimin çoxdu qəmi,
Qırıldı qəlbimin simi.
Bu Cavidin özü kimi
Alış, odlan, bir yan, fələk!

ÖTƏRİ DÜNYA


Açdım pəncərəmi, baxdım səmaya,
Havadan payızın nəfəsi gəlir.
Gözəl olsalar da vəfasız olan
Köçəri quşların nəğməsi gəlir.

Həyəcan içində, təlaş içində
Çiçəklər payızdan qışa baxırlar,
Yoxsa bilirlər ki, dünya fanidir,
Yoxsa bilirlər ki, əvvəl-axır var...

Dünya oyunçudur - fiqurları biz;
Kimisi yıxılır, kimisi durur.
Kiməsə xoşbəxtlik açarı verir,
Kiməsə hörümşək torunu qurur.

Açdım pəncərəmi son bahara mən,
Havadan payızın qoxusu gəlir.
Ömür də belədir - cavanlıq gedir,
Qarşıdan qocalıq qorxusu gəlir.

Ömrümüz-günümüz durna qatarı,
Dağıtma bu qərib qatarı, dünya.
Gəlimli, gedimli dedilər sənə -
Vəfan ötəridir, ötəri dünya.

PAYIZ GƏLDİ


Payız - təbiətin sarışın qızı,
Gətirib gəlmisən bərəkət, ruzi.
Havan gah mülayim, gah da ki, soyuq,
Qarşıdan qış gəlir - salırsan duyuq.

Solan yarpaqları ovundurursan,
Yaşıl ağacları soyundurursan.
Yarpaq xəzəl olub hey xışıldayır,
Ağacdan ayrılıb qəm pıçıldayır.

Ana təbiətin dərdi gör nədir?!
Ayrılıq həmişə qəlbi göynədir...
Yenə ümid qalır yalnız Allaha,
Baharı gətirən nurlu sabaha.

Hər canlı yaşayır öz arzusuyla,
Yaşayaq payızda yaz arzusuyla.

SEVGİLİM


Dəyişib fəsillər yerini sanki -
Yetişmir bağların barı, sevgilim.
Sənsiz xəyalımı duman alıbdı,
Ərimir dağların qarı, sevgilim.

Sənli günlərimi varaqlayıram,
Ötən xoşbəxtliyi soraqlayıram,
Sənsiz için-için hey ağlayıram,
Sozalıb gözümün nuru, sevgilim.

Bəxtimin baharı qış olub getdi,
Sevincim qanadlı quş olub getdi,
Sankı ulduzlara qoşulub getdi
Ömrümün sən adlı varı, sevgilim.

Cavid Qurbanov

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar