Xəbər lenti
Azərbaycanlı professorun kitabına Şimali Kiprin sabiq prezidenti ön söz yazdı -YENİ KİTAB
Bu barədə professor Şahlar Əsgərov öz "facebook" səhifəsində "bu gün Cəfər Mənsimlidən (Ş.Kipr) belə bir məktub aldım", deyə qeyd yazıb.
Manevr.az Ş.Əsgərova ünvanlanan həmin məktubu təqdim edir:
"Azərbaycanlı professor yeni kitabını bəşəriyyətə hədiyyə etdi. Kitabın ön sözünü Şimali Kiprin ikinci prezidenti Mehmet Ali Talat yazıb. Professor Şahlar Əsgərovun “Kamilləşən Bəşəriyyət” adlı yeni kitabı təqdim olunub. Kitab Şimali Kiprdə Azərbaycan-Kıbrıs Dostluq Cəmiyyətinin Azərbaycan Müstəqillik günü ilə bağlı keçirdiyi gecədəki kitab sərgisində təqdim edilib. Bu barədə Azərbaycan-Kıbrıs Dostluq Cəmiyyətinin İdarə Heyətinin üzvü və kitabın türkçə hazırlanmasının dəstəkçisi Cəfər Mənsimi məlumat verib.
Məlumata görə, “Kamilləşən Bəşəriyyət” 3 il əvvəl dərc olunan “Kamilləşən düşüncə” kitabının elmi təməli qorunaraq struktur və mövzu baxımında yenilənmiş və zənginləşdirilmiş versiyasıdır. Türkçə təqdim olunan kitabın ön sözü Şimali Kipr Türk Cümhuriyyətinin ikinci prezidenti Mehmet Ali Talata məxsusdur. Sabiq prezident ön sözündə Əsgərovun kitabının elmi və sosyal fikirə önəmli bir qatqı olacağını və geniş maraq doğuracağını bildirib. Qeyd edilib ki, indiki vaxtda, planetimizdə baş verən müsbət və mənfi dəyişiklikləri təsbit və nəzarət etmək üçün etibarlı meyarlara ehtiyac duyulur. Professorun kitabı bu ehtiyacı qarşılamaq üçün bu sahədə fikir icra edənlərə yeni perspektivlər yaradır. Həm də alimin kitabında maraqlı elmi və sosial təkliflər irəli sürdüyünü qeyd edən sabiq prezident kitabın yeni perespektivlər təqdim etdiyini də vurğulayıb. Həmçinin kitabda Bilkənt universitetinin azərbaycanlı professoru Əmirullah Mamedovun da kitabla bağlı şərhləri yer alıb. Kitabın reaktoru Şimali Kiprin Dövlət Agentliyinin İdarə Heyətinin üzvü və sabiq sədri, jurnalist Emir Ersoydur. Kitabın türkçə tərcüməsi isə Türkiyənin Marmara universitetinin Yeni Türk Ədəbiyyatı fakültəsinin magistirantı Arzu Orucovaya məxsusdur.
Professor “Kamilləşən Bəşəriyyət”i bəşəriyyətə hədiyyə edərək hər kəsin oxuması üçün elektron şəkildə yayımlanmasına qərar verib. Kitabı bu linkdən yükləyərək oxumaq mümkündür. Sosial-fəlsəfə sahəsində çalışan mütəxəssislərlə bərabər, həm də geniş oxucu kütləsi üçün nəzərdə tutulan kitabda bir sıra sosial-iqtisadı hadisələrin mahiyyətinə və inkişafına yeni meyar vasitəsi ilə baxılıb. Meyar olaraq uğurun onun qıtlığına olan nisbəti götürülüb. Bu meyarın köməkliyi ilə bəzi sosial-iqtisadi göstəricilər cədvəl şəkilində yox, ilk dəfə olaraq qrafik şəklində təqdim edilib. Bu metologiya həm planetin həm də istənilən dövlətin inkişafının dinamikasını izləməyə,ona nəzrət etməyə imkan verir. Yeni meyar vasitəsi ilə bəşər tarixinə yeni bucaq altında baxılaraq tarix iki dövrə bölünüb. Birinci dövrdə proseslər şəxsi mənafenin və instinkt düşüncənin ikinci dövrdə isə ictimai mənafənin və şüurun üstünlüyü şəraitində baş verdiyi açıqlanıb.
Onu da qeyd edək ki, Şahlar Əsgərovun “Kamilləşən Bəsəriyyət” kitabı rus dilinə də tərcümə edilərək Moskvada çap edilib. Şahlar Əsgərov 15 iyun 1941-ci ildə Kəlbəcər rayonunda anadan olub. Elmi nəticələri böyük elmi-texniki layihələrin həllində müntəzəm olaraq geniş istifadə olunur. Xüsusilə ABŞ–ın kosmik tədqiqatlar üzrə baş idarəsi NASA (National Aeronautics and Space Administration) və AİAA (Amerika Aeronavtika və Astronavtika İnstitut) əməkdaşları kosmik gəmilər üçün ion mühərrikləri hazırlanmasında nəticələrindən geniş istifadə edirlər. Əsgərov çoxlu elmi, elmi -publisistik məqalənin o cümlədən “Keçid Dövrünə Fəlsəfi Baxış”, “Düşüncə Tərzi”, “Kamilləşən Düşüncə”, “Kamilleşen Bəşəriyyət” kitablarının müəllifidir. 1995-2000, 2000-2005-ci illərdə millət vəkili seçilib. 2000-2005 illərdə Azərbaycan Respublikası Milli Məclisində Elm və Təhsil Komitəsinə sədirlik edib. “Şöhrət” ordeni və “Əməkdar elm xadimi” fəxri adlarla təltif edilən professor bir sira beynəlxalq akademiyaların da üzvüdür. Şahlar Əsgərovun tədqiqatlar apardığı digər sahə - təhsilin fəlsəfəsi, sosial fəlsəfə və pedaqogikadır. Bu istiqamətdə aparılan tədqiqatların nəticəsi mötəbər akademik jurnallarında çap edilərək, geniş yayılmaqdadır. Onun nümuzmatika, kriminalistika və tətbiqi incəsənət sahələrində ixtira və patentləri var".
Namiq
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar