Sizin Reklam Burada
Xəbər lenti
02-05-2024
01-05-2024
BÜTÜN XƏBƏRLƏR

"Laçın və Kəlbəcər PKK-nın oylağına çevrilib" - Türkiyəli tarixçi

Tarix: 08-09-2018 18:56     Baxış: 4497 A- / A+
"Laçın və Kəlbəcər PKK-nın oylağına çevrilib" - Türkiyəli tarixçi


"Ermənistanın işğalı altındakı Azərbaycan torpaqları olan olan Laçın və Kəlbəcər şəhərlərində PKK düşərgələrinin olduğuna əminik".

Qaynarinfo Türkiyə mediasına istinadən xəbər verir ki, bunu Atatürk Universitetinin Tarix fakültəsinin müəllimi Savaş Əyilməz deyib. O, Ermənistanın PKK-ya dəstək verdiyini və ələ keçirilən PKK-çıların əksəriyyətinin Ermənistan əsilli olduqlarını bildirib. Tarixçi həmçinin qeyd edib ki, PKK-nın siyasi qanadında sözdə siyasətlə məşğul olduqlarını deyən şəxslərin ifadələrindən də onların erməni əslli olduqları bəlli olur:

"Deyirlər ki, Türkiyədən alınacaq torpaqlar 2 terror qruplaşması arasında bölüşdürüləcək. Hər iki təşkilatın hədəfi Cənub-Şərqi Anadolu və Şərqi Anadoludur. Biri türk, digəri isə kürd dövləti yaratmaq istəyir", - deyə o, bildirib.

Savaş Əyilməz onların birinin digərinin törəməsi ola biləcəyini, lakin eyni məqsədə - Türkiyəni zəiflətməyə xidmət etdiklərini söyləyib:

"Ermənistandakı iki qəzet və bir radio PKK-nın təbliğatı ilə məşğuldur. Həmin media qurumları Avropadan gələn terrorçular tərəfindən yaradılıb.

Bununla yanaşı burada sadəcə təlimlər deyil, Qafqaz bölgəsindəki narkotik, silah qaçaqmalçılığı və insan alveri də yenə PKK-nın əlindədir. PKK Qafqazda güclü şəkildə təşkilatlanmağa və bölgənin əsas qruplaşmalarından birinə çevrilmək istəyir. Bunun üçün Ermənistanla yanaşı Gürcüstan üzərindən də ciddi sərmayələr yatırılır.

PKK Gürcüstanda Ermənistandan fərqli olaraq üzdə dərnəklər yaradaraq təşkilatlanmağa çalışır. Bu dərnəklərin xərclərini isə Avropa Birliyinin layihələrini gerçəkləşdirməklə qarşılayırlar. Terror təşkilatı Amanos dağlarında mövqeləri zəiflədikdən sonra, Ermənistan düşərgələrində olan terrorçuları Qara dəniz sahillərinə yönləndirir".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar