Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
20-11-2024
BÜTÜN XƏBƏRLƏR

Muğamı dünyaya bəxş edən Qarabağlı uşaqlar... - FOTOLAR

Tarix: 24-10-2016 14:23     Baxış: 4562 A- / A+
Muğamı dünyaya bəxş edən Qarabağlı uşaqlar...


Nizami Kino Mərkəzində “Gənc səslər, qədim nəğmələr” adlı etnoqrafik sənədli filmin nümayişi keçirilib.

Azərbaycanın Qarabağ bölgəsindən məcburi köçkün düşmüş usaqlara həsr olunmuş sənədli filmin icraçı prodüseri Avropa Azərbaycan Cəmiyyətinin (AAC) təsisçisi və sədri Tale Heydərov, rejissorları Keti-Robin Qarton və Cefri Verbokdur.

Filmin nümayişindən öncə çıxış edən T.Heydərov muğamın Azərbaycanın milli dəyərlərindən biri olduğunu vurğulayıb: “Azərbaycanın şah əsəri sayılan muğam mədəniyyətimizdə xüsusi yer tutur. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva muğamın Azərbaycanda və xaricdə tanınması sahəsində çoxlu işlər görüb. 2008-ci ildə muğam sənəti UNESCO-nun Qeyri-maddi Mədəni İrsin Qorunması Siyahısına daxil edilib. Muğam sənətinin inkişafı sahəsində ölkəmizdə bir sıra işlər görülüb. Azərbaycan muğamının dünyada geniş təbliği məqsədi ilə Bakı şəhərində Heydər Əliyev Fondunun təşəbbüsü ilə Beynəlxalq Muğam Mərkəzi tikilib, eləcə də muğam antologiyası və “Qarabağ xanəndələri” albomu hazırlanıb”.

Muğamı dünyaya bəxş edən Qarabağlı uşaqlar...

T.Heydərov bildirib ki, AAC-nin bu filmi ərsəyə gətirməkdə əsas məqsədi Qarabağ münaqişəsinin xaricə düzgün çatdırılması və bu sahədə çoxlu müxtəlif metodlardan istifadə olunmasıdır: “Buna beynəlxalq muğam müsabiqələrinin keçirilməsi, Qarabağ haqqında kitabların rus, fransız, ingilis və digər dillərə tərcümə olunması, sənədli filmlərin çəkilməsi, müxtəlif televiziya proqramlarının hazırlanmasını, misal çəkmək olar. Əsas məqsədlərimizdən biri də bu proqramların beynəlxalq kanallarda göstərilməsinə nail olmaqdır.

Qarabağ münaqişəsi yalnız humanitar problemlərə gətirib çıxarmayıb, eyni zamanda mədəniyyətin beşiyi sayılan müxtəlif tarixi abidələrin dağıdılmasına, yox olmasına səbəb olub. Bu nəinki ölkəmizə, beynəlxalq mədəniyyət irsinə böyük zərbə vurub. Biz bütün həqiqətləri beynəlxalq aləmə çatdırmaq üçün sənədli filmin çəkilməsinə qərar verdik və Azərbaycanı çox illər əvvəl tanıyan Cefri Verboku bu işə cəlb etdik. O, Azərbaycan muğamını sadə vətəndaşdan daha yaxşı bilir və peşəkar muğam ifaçısı statusunu qazanıb. Bütün bu illər ərzində biz filmin ərsəyə gəlməsinə çalışmışıq. Bu, bizim ən uzunmüddətli layihəmizdir. Filmin reallaşmasına 4 ildən artıq vaxt sərf olunub.

Muğamı dünyaya bəxş edən Qarabağlı uşaqlar...

AAC-in sədri vurğulayıb ki, bu film bir daha işğala, çətinliklərə baxmayaraq muğam sənətinin Azərbaycanda yaşamasını göstərir: “Bunu yaşadan Qarabağdan olan məcburi köçkünlərdir, köçkün gənclərdir. Onların, eyni zamanda, dövlətin bu sahəyə göstərdiyi diqqət sayəsində bu gün muğam Azərbaycanda yaşamaqdadır.

“Gənc səslər, qədim nəğmə” etnoqrafik sənədli filmin ilk premyerasının Londonda uğurla baş tutduğunu söyləyən T.Heydərovun sözlərinə görə, bu cür təqdimatlar Avropanın digər ölkələrində də təşkil olunacaq.

Muğamı dünyaya bəxş edən Qarabağlı uşaqlar...

Daha sonra filmin rejissorlarından biri olan, kamança ifaçısı Cefri Verbok filmin ərsəyə gəlməsindən danışıb. O, çıxışında filmin çəkilişləri ilə bağlı Azərbaycana səfərləri müddətində məcburi köçkünlərlə, o cümlədən öz yurd-yuvalarından didərgin düşmüş uşaqlarla bağlı əldə etdiyi kövrəldici təcrübələrini bölüşüb. O, 16 il bundan qabaq Azərbaycan uşaqlarının muğam ifa etdiyini eşidəndə inanmadığını və bura gəlib bunun həqiqət olduğunu gördüyünü söyləyib. Rejisor, 2000-ci ildə Azərbaycanın məcburi köçkün düşərgələrindən birində kamera ilə çəkdiyi ağır həyat şəraitinə baxmayaraq, qədim muğam ənənələrini yaşadan azyaşlı uşaqların ifasına heyran qaldığını söyləyib: “ABŞ-a qayıtdıqdan sonra çəkdiyim kadrları izləyərkən, uşaqlardan birinin Vətən haqqında oxuduğu mahnıdan möhkəm təsirləndim. Burada 14 yaşlı bir yeniyetmə itirdiyi doğma yurduna sevgisini ifadə edərək öz hisslərini göstərməsi ilə seçilirdi. Bu uşaqların hələ də muğam oxuyub-oxumadıqlarını bilmək və yeni gənc muğam ifaçıları ilə tanışlıq məqsədilə 8 il sonra yenidən Azərbaycan gəldim və illlər əvvəl məni heyran edən gənc muğam ifaçısını tapdım”.

İstedadlı musiqiçi həmçinin, Azərbaycanın zəngin musiqi irsi və çoxəsrlik mədəni dəyərləri barədə öz xoş təəssüratlarını ifadə edib.

Daha sonra film nümayiş olunub.

Filmdə gənc muğam ifaçılarının bir-birini əvəz edən ifaları öz əksini tapıb. Göstərilir ki, Azərbaycan xalqı qədim muğam ənənəsini yaşadır, ona Vətən torpağının erməni işğalından azad edilməsi uğrunda mübarizənin mənəvi dəyərlərindən biri kimi baxır, qloballaşmaya baxmayaraq, gənc nəsil böyük mədəni irsi qoruyur.

Filmdə Azərbaycan, xüsusilə də muğam haqqında mədəni bir fenomen kimi danışılır. Muğamın qədim mənşəyi olan, yüksək dərəcədə mürəkkəb, incə koloritli, ölçüsü olmayan (Avropa operasındakı kimi) mikrotonlu, mənəvi baxımdan güclü və emosional musiqi olduğu vurğulanır.
Ekran əsərində muğamın sehrinə və mürəkkəbliyinə baxmayaraq, onu məharətlə ifa etməyi bacaran azərbaycanlı uşaqların fenomenal istedadından bəhs edilir. Bunlar sadəcə bir neçə istedadlı uşaq deyil, daxilində möhtəşəm muğam gücü yaşayan yüzlərlə uşaqlardır.

Muğamı dünyaya bəxş edən Qarabağlı uşaqlar...

Daha sonra muğamın beşiyi olan Qarabağın itirilməsindən bəhs olunur. Bu uşaqlar - muğam ifaçıları Qarabağ regionunda, Ermənistan tərəfindən işğal olunmazdan əvvəl həmin ərazilərdə dünyaya göz açıblar. Ermənistanın təcavüzü işğal olunmuş ərazilərdəki mədəni irsə də mənfi təsir göstərib.
Filmdə həmçinin, 1972-ci ildə Los-Ancelesdə yaşayarkən özü üçün muğamı kəşf edən Cefri Verbokun əslən dərbəndli olan yaşlı bir dağ yəhudisi ilə həyatını dəyişən görüşü haqqında da məlumat verilib. Əvvəllər Qərb musiqisi sahəsində çalışmış bəstəkar və musiqiçi olan Verbok Zevulon Avşalomobla rastlaşır. Onun Azərbaycan muğamının simli aləti olan kamançadakı emosional və ecazlar ifasını eşidir. Bundan sonra bəstəkarlıqla məşğul olmasına son qoyub muğam ifa etməyi öyrənmək qərarına gəlir və bu məqsədlə Bakıya üz tutur.

Muğamı dünyaya bəxş edən Qarabağlı uşaqlar...

Bu film göstərir ki, Ermənistanın işğalı nəinki humanitar fəlakətə yol açmış, tarix və mədəniyyət abidələrini, maddi resursları dağıtmış, muğam sənətinə qarşı da yönəlmişdir. Buna baxmayaraq, Azərbaycan xalqı Qarabağın muğam ənənəsini yaşadır. Muğam sənəti Azərbaycan xalqına mənsub olduğu kimi, onun beşiyi olan Qarabağ da Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Qarabağın işğal edilmiş rayonlarının məcburi köçkün gəncləri məhdud imkanlar şəraitində belə muğam sənətinə yeni uğurlar gətirməyi bacarırlar. Azərbaycan dövlətinin bu sahədəki siyasəti onlara böyük dəstəkdir.
54 dəqiqəlik film həm Azərbaycan, həm də ingilis dillərində titrlərlə verilib.

Təqdimat mərasiminin sonunda filmin müəllifi Cefri Verbok filmdə barəsində bəhs edilən 14 yaşlı yeniyetmə, Füzuli rayonundan məcburi köçkün olan Nizami Paşayevi təqdim edir və kamançada Azərbaycan muğamını ifa edir.(bizimyol.info)

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar