Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Deputat: ABŞ Dağlıq Qarabağı mülayim yolla Ermənistana təhvil verməyimizi istəyir

Tarix: 15-08-2018 13:28     Baxış: 11 524 A- / A+
Deputat: ABŞ Dağlıq Qarabağı mülayim yolla Ermənistana təhvil verməyimizi istəyir

"Türkiyədə baş verən son iqtisadi çallxalanmalar fonunda Azərbaycandan durub cumhurbaşqanı Ərdoğanı hədəfə alanların məntiqini anlamaq mümkün deyil. ABŞ-la daha necə davranmaq olar, ilk öncə bu sualı doğru-dürüst cavablandırmaq lazımdır. İlk öncə özünüzü qoyun Türkiyənin və Ərdoğanın yerinə. ABŞ Azərbaycandan indiyədək nə istəyib? Sakın özünüzü güldürmək üçün deməyin ki, demokratiya istəyib!!!".

Bunu Milli Məclisin deputatı Fazil Mustafa özünün "Facebook" səhifəsində yazıb.

Onun sözlərinə görə, ABŞ-ın Azərbaycandan istədiyi, ilk öncə Dağlıq Qarabağı mülayim yolla, yəni sülh yolu ilə Ermənistana təhvil verməkdir: "Bunun üçün də illərdir, həm separatçı rejimə böyük paralar ayırır, Ermənistanı işğalçı dövlət kimi dəstəkləyir, həm də bütün beynəlxalq platformalarda ərazi bütövlüyümüzü tanımayan qərarların altına imzasını qoyur. Üstəlik də istədiyi neftdir, paradır, tabeçilikdir! Eyni şeyi təbii ki, bizə qarşı Rusiya da edir. Ancaq böyük dövlətlərlə davranış qaydalarına ciddi əməl etməklə yanaşı sonda bizim də bir qırmızı cizgimiz var və hansısa məqamda öz dövlət şəxsiyyətimizi qorumaq üçün hansısa təhdidlər olduğunda dirəniş göstərməyə hazır olmamalıyıqmı? İndi Türkiyədə ABŞ-ın əsas götürdüyü bir rahib bəhanəsini kənara qoyaq. Adamlar Türkiyədə legitim hakimiyyəti devirmək istəyən qüvvələri, PKK və FETÖ terrorçularını açıqca dəstəkləyir, Suriyada və İraqda Türkiyənin maraqlarını çeynəyir, müttəfiqlik öhdəliklərinə əhəmiyyət vermir, sonda da özünün savaşdığı qüvvələrlə Türkiyənin də əsassız olaraq savaşmasını istəyir. Baxın, Türkiyənin təbii qaz ehtiyatının 17 faizini İran təmin edir, ABŞ da bildirib ki, kim İranla ticarət etsə, mənimlə dost olmayacaq, itkilərin də kompensasiyasını ödəməyəcəyəm, o halda Türkiyə qazsızmı qalmalıdır? Yenə neft üçün alternativlər mövcuddur, qaz məsələsi isə birbaşa iqtisadiyyatın təməlini sarsıda bilər. İndi bu rahib məsələsi olmasaydı, İranla ticarət anlaşmasına sadiq qaldığına görə eyni gömrük dezavantajını ABŞ Türkiyəyə tətbiq etməyəcəkmiydi? Az qala Türkiyənin böyür-başında Bərzaniyə dövlət qurdurmaq istəyən ABŞ deyildimi? Həm də unutmayaq ki, ABŞ faktik olaraq böyründəki Kanadadan, Meksikadan, Venesueladan, bizlərə yaxın Rusiyadan, İrandan, Çindən və ən əsası da Avropa Birliyindən də kobud şəkildə tabeçilik tələb edir, şəxsiyyətinə, maraqlarına hörmətsizlik göstərilən yalnız Türkiyə deyil ki?.. Bu dövlətlər də terrorçularla işbirliyi içində olan rahibi ev həbsində saxlamırlar ki?!.. Siyasətdəki davranışlarda, deyimlərdə, üslublarda yanlışlar ola bilər, lakin bu məsələdə Türkiyənin dirənişi və Ərdoğanın cəmiyyəti açıq şəkildə bu dirənişə səfərbər etməsi doğru addımdır. Bu cür çalxalanmalar cəmiyyətin dinamizmini bir çox hallarda gücləndirməklə yanaşı, boşluqların və natamamlıqların da daha ciddi idrak olunmasına imkan yaradır. Azərbaycan da həm dövlət olaraq, həm də cəmiyyət olaraq Türkiyə üçün məhz bu məqamda gücü yetən fədakarlığı etməlidir".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar