Sizin Reklam Burada
Xəbər lenti
10-09-2026
09-09-2026
BÜTÜN XƏBƏRLƏR

Bu telefonla təyyarəyə minmək qadağandır - AZAL-dan sərnişinlərə xəbərdarlıq

Tarix: 21-10-2016 11:21     Baxış: 4484 A- / A+
Bu telefonla təyyarəyə minmək qadağandır


"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) reyslərində “Samsung Galax Note 7” smartfonların əl yükündə və qeydiyyatdan keçən baqajda daşınması qadağan olunub.

Bu qərar ABŞ-ın aviasiya hakimiyyəti, eləcə də bütün dünya üzrə digər sərnişin aviadaşıyıcıları tərəfindən analoji qadağadan sonra qəbul edilib.

AZAL-dan XəzərXəbər-ə verilən məlumata görə, əl yükündə smartfon aşkarlandığı halda telefon sahibi smartfonu yola salan tanışlarından birinə verməyənədək sərnişinin təyyarəyə minməsindən imtina edilə bilər, çünki aviaşirkət hava limanında saxlama xidmətləri vermir.

"Əgər smartfon təyyarənin salonuna bilmədən keçirilibsə, onu dərhal söndürmək və uçuşun başa çatmasınadək söndürülmüş vəziyyətdə saxlamaq lazımdır. Həmin smartfon baqajda aşkar olunarsa, o reysə yüklənməyəcək və sərnişinin tələb etməsinədək hava limanında itirilmiş baqaj bürosuna (Lost & Found) göndəriləcək.

Biz başa düşürük ki, təyyarənin göyərtəsində bu telefonun istifadəsinə qadağa sərnişinlərdən bəzilərində narahatçılıq yarada bilər, lakin "Azərbaycan Hava Yolları" üçün prioritet ilk növbədə göyərtədə təhlükəsizliyin təmin edilməsidir"-deyə məlumatda qeyd olunub.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar