Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

Yayılan fotonun icra başçısını güllələyən şəxsə aid olduğu təsdiqləndi - “Polis güc tətbiq edib”

Tarix: 05-07-2018 16:08     Baxış: 3735 A- / A+
Yayılan fotonun icra başçısını güllələyən şəxsə aid olduğu təsdiqləndi - “Polis güc tətbiq edib”


"Gəncədə ağır cinayət törədən Yunis Səfərov tutulduqdan sonra heç bir işgəncəyə məruz qalmayıb".

Manevr.az xəbər verir ki, bunu apa-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidov deyib:

"O ki, qaldı onun sosial şəbəkələrdə yayılmış fotosuna, bəli, Yunis Səfərov cinayəti törətdikdən sonra həmin ərazidə xidmətdə olan polis əməkdaşları onun tutulması üçün dərhal hərəkətə keçib. Bu zaman silahlı cinayətkar polisə müqavimət göstərib. Belə olan halda polis güc tətbiq edib, onu vuraraq yerə yıxıb. Fotoda əks olunan xəsarətlər də həmin zaman onun aldığı xəsarətlərdir. Bir daha qeyd edirəm ki, Yunis Səfərov zərərsizləşdirilərək saxlanıldıqdan sonra ona heç bir işgəncə verilməyib”.

Qeyd edək ki, sosial şəbəkələrdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və onun mühafizəçisinə silahlı hücum edən Yunus Səfərovun polis əməkdaşları tərəfindən tutulduqdan sonra işgəncəyə məruz qalmasını özündə əks etdirən fotosu yayılıb. Fotonu yayanlar iddia edir ki, Y. Səfərov tutulduqdan sonra işgəncələrə məruz qalıb.

BakuPost bildirir ki, dünən Daxili İşlər Nazirliyinin mətbuat xidməti yayılan fotonun həqiqəti əks etdirmədiyini, başqa şəxsə aid olduğunu bildirmişdi. "Kimlərsə sensasiya xətrinə başqa adama məxsus fotonu sosial şəbəkələrdə paylaşaraq həmin görüntülərin Gəncədə məlum cinayəti törədən şəxsə aid olduğunu iddia edir", - deyə məlumatda bildirilirdi.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar