Xəbər lenti
"ABŞ-dakı dostlarımız bizdən yardım istədi" - Ərdoğan

"Dünən ABŞ-dakı dostlarımız bizdən yardım istədi".
"Report" "Türkiyegazetesi"nə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 2016-2017-ci il Ali Akademik Təhsil ilinin açılışı tədbirindəki çıxışında İraqda baş verənləri dəyərləndirərkən deyib.
O, Suriyanın Dabık qəsəbəsinin İŞİD-dən təmizlənməsinə toxunub: "İŞİD Dabıkla bağlı müxtəlif iddialar irəli sürürdü. Dabık tariximizdə çox əhəmiyyətli yer tutur. Həmin ərazini terrorçulardan təmizlədik. İndi əl-Baba (terrorçu İŞİD qruplaşmasının nəzarəti altında olan Suriyanın Hələb əyalətinin rayonu - Manevr.az) doğru hərəkət edirik. Oranı da terrorçulardan təmizləyəcəyik. Şərqdə Münbiçdir. Biz koalisiya qüvvələrinə dedik ki, oranın 95 faizi ərəbdir. Orada "PYD" və "YPG"yə (terrorçu PKK qruplaşmasının Suriyadakı qolları - Manevr.az) yer yoxdur. Dünən ABŞ-dakı dostlarımız bizimlə əlaqə saxlayıb yardım istədi. Biz bunu əvvəldən söyləyirdik. Çünki həmin yerləri ən yaxşı biz tanıyırıq. "Rakkada nə edəcəyik?" dedilər. "Gəlin, birlikdə işləyək" dedik. Oranı da İŞİD-dən təmizləyərik. Bu istiqamətdə də müzakirələr aparılır. Kimsənin torpaqlarında gözümüz yoxdur. Kimsənin torpaqlarımızda gözü olmasın, kifayətdir".
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar