Sizin Reklam Burada
Xəbər lenti
05-09-2025
04-09-2025
BÜTÜN XƏBƏRLƏR

Bakıda məşhur HOTELDƏ sevgilisini öldürən qız: "Bakirəliyimi pozmuşdu"

Tarix: 26-06-2018 11:42     Baxış: 4565 A- / A+
Bakıda məşhur HOTELDƏ sevgilisini öldürən qız: "Bakirəliyimi pozmuşdu"

Bakının Binəqədi rayonunda sevgilisini qətlə yetirən qız istintaqa ifadə verib.

Binəqədi rayon Prokurorluğunda dindirilən Sabunçu rayon sakini, 1987-ci il təvəllüdlü Günel Əliyeva törətdiyi cinayəti etiraf edib.
O bildirib ki, 1993-cü il təvəllüdlü Vüqar Atakişiyevlə bir neçə il sevgi münasibətləri olub. Onun sözlərinə görə, "Qrand" oteldə kirayələdikləri otaqda ötən gün mübahisə ediblər.

Günel Əliyevanın sözlərinə görə, mübahisəyə səbəb Vüqar Atakişiyevin qeyri-rəsmi münasibətlərini rəsmiləşdirməməsi olub: "Vüqar məni aldadırdi, deyirdi ki, ailə quracağıq. Amma sözünə əməl etmirdi. Mənimlə cinsi əlaqədə olmuşdu, bakirəliyimi pozmuşdu. Ona deyirdim ki, evlənək, hər dəfə bir bəhanə ilə bu mövzuda ola söhbətlərdən yayınırdı".

Günel Əliyeva bildirib ki, oteldə olduqları vaxt yenə də Vüqar Atakişiyevə evlənmək barədə söz açıb: "Vüqar yenə söhbətdən yayındı. Gördüm ki, Vüqar mənimlə ailə qurmaq istəmir. Bu səbəbdən onu öldürmək qərarına gəldim. Otaqda stolun üstündə olan bıçaqla Vüqara çoxsaylı zərbələr vurdum".

Günel Əliyeva törətdiyi əməldən peşman olduğunu deyib.

Qeyd edək ki, ötən gevə Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində yerləşən "Qrand" oteldə qətl hadisəsi baş verib.

Günel Əliyeva sevgilisi, 1993-cü il təvəllüdlü Vüqar Atakişiyev ilə otelin ikinci mərtəbəsindəki otağı kirayələyib.

Oteldə gecələyən zaman tərəflər arasında mübahisə düşüb.

Mübahisə daha sonra hamam otağında davam edib. Bu zaman Günel Əliyeva bıçaqla oğlanın boğazına, ardınca isə qoltuq nahiyəsinə bir neçə zərbə vurub. Oğlan boğazından dəyən zərbədən sonra huşunu itirərək yerə yıxılıb və hadisə yerində keçinib.

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.teleqraf.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar