Sizin Reklam Burada
Xəbər lenti
15-09-2025
BÜTÜN XƏBƏRLƏR

Qənirə Paşayeva dünyanın bir sıra nüfuzlu təşkilatlarının rəhbərləri ilə... / FOTOLAR

Tarix: 23-06-2018 19:43     Baxış: 2499 A- / A+
Qənirə Paşayeva dünyanın bir sıra nüfuzlu təşkilatlarının rəhbərləri ilə...


Millət vəkili Qənirə Paşayeva dünyanın bir sıra nüfuzlu təşkilatlarının rəhbərləri – Beynəlxalq Biznes və Peşəkar Qadınlar Federasiyasının prezidenti Amany Asfour , Avstraliyanın MYOB İnc. şirkətinin baş direktoru Tim Reed, KAGIDER-in prezidenti Sanem Oktar, Böyük Britaniyanın Palladium şirkətinin müxtəlifliklər üzrə əsas təmsilçisi Rosanna Duncan və Kataloniyanın Qabaqcıl Tədqiqatlar İnstitutunun (ICREA) tədqiqatçısı, professor Paul F.M.J. Verschure ilə görüşüb.

Manevr.az-ın məlumatına görə, görüşdə millət vəkili Azərbaycan, ölkəmizdə qadınların cəmiyyətdə rolunun artırılması istiqamətində görülən işlər, Azərbaycanın Birinci vitse-prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərliyi altında bu istiqamətdə həyata keçirilən layihələr, qadınların cəmiyyətdə rolunun genişlənməsi ilə bağlı məsələlərin dövlət siyasətinin tərkib hissəsi olması ilə bağlı geniş məlumatlar verib. Millət vəkili xüsusilə Qarabağ həqiqətləri ilə də bağlı məlumatlar verib, fikir mübadiləsi aparılıb. İqtisadiyyatda, biznesdə qadınların rolunun getdikcə artdığını da deyən millət vəkili qadınların dövlətin və cəmiyyətin idarə olunmasında, iqtisadiyyatda və biznesdə rolunun artırılmasının Azərbaycan dövlətinin siyasətində önəmli yer tutduğunu vurğulayaraq, gələcəkdə bu istiqamətdə daha böyük nailiyyətlər gözlənildiyini deyib. Bütün müsəlman şərqində qurulan ilk demokratik, parlamentli cümhuriyyət olan ölkəmiz barədə, onun iqtisadi inkişafı, potensialı, mədəniyyəti, turizm imkanları barədə də geniş məlumatlar verən millət vəkili onları Azərbaycana dəvət edib.

Qənirə Paşayeva dünyanın bir sıra nüfuzlu təşkilatlarının rəhbərləri ilə...
Qənirə Paşayeva dünyanın bir sıra nüfuzlu təşkilatlarının rəhbərləri ilə...
Qənirə Paşayeva dünyanın bir sıra nüfuzlu təşkilatlarının rəhbərləri ilə...

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar