Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Erməni generaldan ŞOK ETİRAF: Azərbaycanlı əsirə…

Tarix: 21-06-2018 15:59     Baxış: 4595 A- / A+
Erməni generaldan ŞOK ETİRAF: Azərbaycanlı əsirə…


Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs edilən ölkənin müdafiə nazirinin sabiq müavini (2000-2008), Respublika Partiyasının deputat fraksiyasının üzvü, “Tuşenka Manvel” ləqəbli ehtiyatda olan general-leytenant Manvel Qriqoryan 2014-cü ilin noyabrında “Azadlıq” radiosunun erməni bürosuna verdiyi müsahibəsində azərbaycanlı əsirlərlə bağlı etiraflar edib.

Manevr.az teleqraf.com-a istinadla həmin müsahibənin azərbaycanlı əsirlərlə bağlı hissəsini təqdim edir.

M.Qriqoryan qeyd edir ki, döyüşlərdən sonra Ermənistana yüzlərlə əsirlə dönüb:

“Bəli. Niyə tutmurdum, tuturdum. Özü də yüzlərlə. Mən Simon adlı əsiri evimdə saxladım. 4 il saxladım: 2 il Mardakertdə (Ağdərə - S.Həmid) 2 il Ermənistanda. Sonra onu “Qırmızı Xaç”a verdim. Onu apardılar və təhvil verdilər. Ona görə ki, onun anası, bacısı, nişanlısı vardı. O, qayıtmağı çox istəyirdi və mən onu buraxdım”.

Radionun əməkdaşı şərti olaraq Simon adlandırılan şəxsin 15-16 yaşının olduğunu irad bildirdikdə, M.Qriqoryan bu irada etiraz edir:

“O, xüsusi təyinatlı, təlim keçmiş döyüşçü idi. Hə, 15 yaşı vardı. Ancaq, o, xüsusi təlim keçmiş dəstədən idi. Onu əsir götürmək bizə bir az çətin başa gəldi”.

Əsirə Simon adının general tərəfindən verilib-verilmədiyini, əgər belədirsə, nə üçün məhz Simon adının verildiyini dəqiqləşdirmək istəyən jurnalistə M.Qriqoryanın cavabı belə olub:

“Hə, Simonyan Simon. Bəs hansı adı verməli idik?”

Qeyd edək ki, bu etirafına görə hətta erməni hüquq müdafiəçiləri tərəfindən tənqid olunan və bu kimi əməlləri ilə Cenevə konvensiyalarının pozulmasında ittiham olunan M.Qriqoryan həqarətlə Cenevrə konvensiyası-filan tanımadığını bəyan etmiş, erməni olması ilə fəxr etdiyini demişdi. Həmin şəxs bu kimi açıqlamalarından sonra da Ermənistanın Respublika Partiyasının imtiyazlı üzvü kimi fəaliyyətini davam etdirmişdi.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar