Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Aynur Camalqızının əri Kəramət Böyükçölü DÖYÜB

Tarix: 13-06-2018 18:57     Baxış: 3693 A- / A+
Aynur Camalqızının əri Kəramət Böyükçölü DÖYÜB


Gənc yazar Kəramət Böyükçöl "Teleqraf Holdinq”in rəhbəri Aynur Camalqızının həyat yoldaşı tərəfindən döyüldüyünü iddia edib.
Manevr.az xəbər verir ki, bu barədə K.Böyükçöl ''facebook'' profilində yazıb.

Yazar bildirib ki, Aynur Camalqızının həyat yoldaşı İlqar Əliyev bir neçə şəxslə birgə onu döyüb:


"Aynur Camalqızının əri İlqar mənə təhqir mesajları, söyüşlər yazdı, sonra isə Hüseyn Cavid parkına “razborka”ya çağırdı. Gəldi, məni söhbət eləyə-eləyə kamera olmayan bir yerə apardı, orda məni təhqir etdi. Ona cavab verərkən bir də gördüm ki, üstümə İlqar və dostları cumdu. Məcbur olub yüyürüb Bakı Dövlət Universitetinin darvazasından özümü içəri atdım ".

Hadisə zamanı Kəramətin yanında olan Dəyanət Babayev də döyüldüyünü qeyd edib:

"Dünən axşam təxminən saat 7-8 radələrində Kəramət Böyükçöl mənə zəng etdi və bildirdi ki, onu Aynur Camal qızının həyat yoldaşı İlqar hədələyərək təhdid edir. Dedi ki, İlqar “razborka”ya çağırır döyə bilər və sən bunu çəkib ictimailəşdirməyə kömək et. Mən etiraz etmədim. Dərhal həmin ünvana getdim.

İlqar Hüseyn Cavid parkına idmançı bir dostu ilə gəldi. Kəramətlə söhbət edə-edə onu təxminən 500-600 metr kənara apardılar. Bizi digər idmançı dostları da qara maşınlarla müşahidə edirdilər. Aralarında mübahisə düşdü. İlqar və dostu Kəraməti döyməyə başladılar. Sonra həmin maşınlardan İlqarın digər dostları düşüb gəldi. Məsələnin artıq ciddi olduğunu anlayıb telefonumla hadisəni çəkməyə başladım. Bu zaman İlqarın idmançı dəstələri üstümə hücum çəkdi, məni Kəramətdən də betər vicdansizcasına döyməyə başladılar, telefonumu ayaqlarıyla əzib sındırdılar, özümü yerə yıxıb sağ və sol tərəfdən başıma təpiklə zərbələr vurdular.

Baş verən hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat vermişəm. Dünən hadisəni araşdırmaq üçün məni Yasamal rayonu 28-cı polis bölməsinə dəvət etdilər, amma daxili ağrılarım çox olduğu üçün gedə bilmədim. Ağrılardan gecə, demək olar ki, yata bilməmişdim. Bu gün isə polis bölməsinə gedib hadisə ilə bağlı ifadə verəcəyəm".

"Qafqazinfo" məsələylə bağlı Aynur Camalqızı ilə əlaqə saxlayıb. "Teleqraf Holdinq”in rəhbəri danışa bilmədiyini deyərək telefonu söndürüb.

Qeyd edək ki, Kəramət daha sonra bütün statuslarını silib.

Xatırladaq ki, Kəramət Böyükçöl müəyyən fasilələrlə "Teleqraf Holdinq”in əməkdaşı olub.

Manevr.az

Aynur Camalqızının əri Kəramət Böyükçölü DÖYÜB
Aynur Camalqızının əri Kəramət Böyükçölü DÖYÜB
Aynur Camalqızının əri Kəramət Böyükçölü DÖYÜB

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar