Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

"Bağça və məktəblərdə psixoloji xidmət ciddi şəkildə təşkil olunmalıdır"

Tarix: 12-06-2018 17:45     Baxış: 3317 A- / A+
"Bağça və məktəblərdə psixoloji xidmət ciddi şəkildə təşkil olunmalıdır"


Bağça və məktəblərdə psixoloji xidmət ciddi şəkildə təşkil olunmalıdır.

Manevr.az xəbər verir ki, bunu millət vəkili Qənirə Paşayeva Milli Məclisdə "Təhsil haqqında" qanunda dəyişikliklərin müzakirəsi zamanı deyib.

Q.Paşayeva ötən gün sosial mediada özəl uşaq bağçasında-mərkəzində baş verən dəhşətli görüntülərin yayılması və bütün cəmiyyətdə, xüsusilə uşaqlarını bağçalara göndərən ailələr arasında ciddi narahatlıq yaranmasından danışaraq deyib: "Bu cür psixoloji vəziyyəti olan şəxslərin təhsil müəssisələrində çalışmalarına imkan verilməməlidir".

O, qanuna edilən yeni dəyişiklikdə təhsil müəssisələrində psixoloji xidmətin təşkil olunması maddəsini dəstəkləyib: "Bu psixoloji xidmət tək uşaqlar üçün deyil, məktəb və məktəbəqədər təhsil müəssisələrində çalışanları da əhatə etməlidir. Məktəbəqədər və məktəbyaşlı uşaqlar arasında nevrozların, aqressiv halların, intihar meyilliyin artmasının qarşısını almaq və bu halların azalmasına nail olmaq üçün məktəbəqədər müəssisələrimizdə və məktəblərimizdə psixoloji xidmət ciddi şəkildə təşkil olunmalıdır. Bu qanuna edilən yeni dəyişikliyi dəstəkləyirik. Bu işin həyata keçirilməsi üçün peşəkar kadrların hazırlanması prosesinə xüsusi diqqət yetirilməlidir".

Millət vəkili valideynlərin müraciəti ilə hər təqvim ilinin sonunadək 6 yaşı tamam olan uşaqların məktəbə qəbul edilməsi və valideynlərin arzusu ilə təhsil müəssisəsinə xüsusi istedadlı uşaqların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada daha erkən yaşda qəbul edə bilməsi əlavəsini də dəstəklədiyini deyib və bu dəyişiklikliyin yüzlərlə ailənin narahatlığına son qoymaqla yanaşı, bununla bağlı ortaya çıxan subyektiv halların, xoşagəlməz halların aradan qaldırılmasına da kömək edəcəyini vurğulayıb.

Q.Paşayeva "olimpiada qalibləri və beynəlxalq səviyyədə akkreditə olunan təhsil proqramları üzrə təhsil almış abituriyentlər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş şərtlər yerinə yetirilməklə təhsil aldıqları dildə tədris olunan ixtisaslar üzrə ali təhsil müəssisələrinə testdən kənar, müsabiqədən kənar qəbul olunurlar" maddəsinin qanuna edilən əlavə və dəyişikliklərdə öz əksini tapmasının cəmiyyətdə birmənalı qarşılanmayacağını, bu halların subyektiv məqamlara yol aça biləcəyinə dair narahatlığa səbəb ola biləcəyini nəzərə alaraq, bu istiqamətdə daha geniş müzakirələrə ehtiyac olduğunu deyib.

Qanun layihəsində bir çox vacib məsələləri dəstəklədiyini deyən millət vəkili narahatlıq doğura biləcək halların olmamasının çox vacibliyini xüsusi vurğulayıb.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar