Sizin Reklam Burada
Xəbər lenti
08-05-2026
BÜTÜN XƏBƏRLƏR

BAKININ İDARƏETMƏSİ DƏYİŞDİRİLİR - Böyük şəhər bələdiyyəsi yaradılır

Tarix: 06-06-2018 12:30     Baxış: 3364 A- / A+
BAKININ İDARƏETMƏSİ DƏYİŞDİRİLİR - Böyük şəhər bələdiyyəsi yaradılır


Azərbaycan paytaxtında böyük şəhər bələdiyyəsi yaradılır. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı postuna təyinatın baş verməməsi də bununla bağlıdır.

Manevr.az-ın xəbərinə görə, bu barədə "Yeni Müsavat” məlumat yayıb. Qəzet yazır ki, Bakı meriyasına geniş səlahiyyətlərin verilməsi planlaşdırılır. Belə ki, digər bələdiyyələrdən fərqli olaraq, bu ilin payızında formalaşdırılacağı nəzərdə tutulan böyük paytaxt bələdiyyəsi şəhər təsərrüfatının idarə olunması sahəsində əsas qurum funksiyası daşıyacaq. Bakıda tikintilərə icazələrin verilməsi, ərazilərin ayrılması, yaşıllaşdırma, abadlıq işləri bilavasitə bələdiyyənin səlahiyyətində olacaq. Bununla da paytaxtda tikinti sahəsində mövcud olan korrupsiya hallarının qarşısının alınması nəzərdə tutulur.

Verilən məlumata görə, bununla bağlı qanunvericiliyə müvafiq dəyişikliklər hazırlanır. Dəyişikliklərin Milli Məclisin payız sessiyası başlayan kimi qəbul olunması və ilin sonunadək seçkilərin keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, Azərbaycan 2001-ci ildə Avropa Şurasına üzv qəbul edildiyi vaxt üzərinə götürdüyü öhdəliklərdən biri də iri şəhərlərdə böyük şəhər bələdiyyəsinin yaradılması idi. O vaxtdan bəri dəfələrlə bu məsələ gündəmə gətirilsə də, hələlik müsbət sonluqla nəticələnməyib. Bələdiyyələr Bakının 11 rayonu üzrə ayrılıqda yaradılıb.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar