Xəbər lenti
Bu gün Məmməd Arazın doğum günüdür -VİDEO+FOTOLAR

Məmməd Araz - İbrahimov Məmməd İnfil oğlu 1933-cü il oktyabrın 14-də Şahbuz rayonunun Nursu kəndində anadan olub.
Orta məktəbi Nursu kəndində bitirdikdən sonra indiki Azərbaycan Dövlət Pedaqoji Universitetində təhsil alıb.
1954-cü ildə ali təhsilini başa vuran Məmməd Araz əmək fəaliyyətinə doğma kəndindəki orta məktəbdə müəllimliklə başlayıb. Sonra Bakıya köçüb. Azərbaycan Nazirlər Soveti yanında Baş Mətbuat İdarəsində müvəkkil işləyib.
1959-1961-ci illərdə Moskvada Yazıçılar İttifaqı nəzdindəki Ali ədəbiyyat kurslarının müdavimi olub. Sonralar “Ulduz” jurnalının məsul katibi, “Ədəbiyyat və incəsənət” qəzetində, Azərbaycan Dövlət Nəşriyyatında baş redaktorun müavini olub.
M.Araz 1974-cü ildən ömrünün sonuna kimi “Azərbaycan Təbiəti” jurnalının baş redaktoru olub. Uzun müddət Yazıçılar İttifaqının poeziya bölməsinə rəhbərlik edib.
Xidmətlərinə görə “İstiqlal” ordeni (1995), bir medalla və Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanları ilə təltif edilib. Hacı Zeynalabdin Tağıyev adına milli mükafatın laureatıdır (1992). Onun adına “Məmməd Araz” mükafatı təsis olunub (1993).
M.Araz “Sevgi nəğməsi”, “Üç oğul atası”, “Araz axır”, “Mən səni taparam”, “Dünya düzəlmir”, “Daş harayı”, “Əsgər andı”, “Atamın kitabı” kimi bir çox əsərlərin müəllifidir.
O, 2004-ci ilin dekabrın 1-də Bakıda vəfat edib. Xalq şairi Fəxri xiyabanda dəfn olunub.




Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar