Sizin Reklam Burada
Xəbər lenti
02-05-2024
01-05-2024
BÜTÜN XƏBƏRLƏR

Okeanın o tayından Qarabağla bağlı nikbin açıqlamalar gəlir

Tarix: 30-05-2018 09:20     Baxış: 2404 A- / A+
Okeanın o tayından Qarabağla bağlı nikbin açıqlamalar gəlir

Nəzakət Məmmədova: “Donald Trampın məktubu superdövlətin Cənubi Qafqaza diqqətini artırdığını, onu bütöv bir region halında gördüyünü, onun problemlərinə diqqətlə yanaşdığını, bölgədə sülh üçün bundan sonra daha səylə çalışacağını göstərir”
Məlumdur ki, ABŞ prezidenti Donald Tramp Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Məktubda bildirir ki, qarşıdan gələn aylar Dağlıq Qarabağ münaqişəsinin həlli üçün imkanlar açacaq, bu isə ABŞ-Azərbaycan əməkdaşlığının genişləndirilməsinə daha yaxşı şərait yaradacaq: “ATƏT-in Minsk Qrupunun həmsədri kimi Birləşmiş Ştatlar bu münaqişənin sülh yolu ilə dayanıqlı həlli üçün sizinlə əməkdaşlığı səmimiyyətlə arzulayır”.
Okeanın o tayından Qarabağla bağlı nikbin açıqlamalar gəlir

Diqqəti çəkən odur ki, D. Trampın builki təbrik məktubu əvvəlkindən ciddi fərqlənir. Belə ki, ABŞ prezidentinin 28 may Cümhuriyyət bayramı ilə bağlı Azərbaycan dövlət başçısı İlham Əliyevə 2017-ci ilin may ayında göndərdiyi təbrik məktubunda Dağlıq Qarabağla bağlı yalnız bu cümlə yer almışdı: “Amerika Birləşmiş Ştatları, eyni zamanda, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini qətiyyətlə dəstəkləyir”. Lakin budəfəki məktub həm də mesaj xarakterlidir. Siyasilərin fikrincə, ABŞ bununla Qarabağ məsələsində fəal siyasətə keçdiyinə işarə edir. Politoloq Nəzakət Məmmədovanın sözlərinə görə, ABŞ prezidentinin məktubundan belə bir nəticəyə gəlmək olar ki, Amerika Birləşmiş Ştatları Cənubi Qafqaz, Rusiyanın cənub, İranın şimal sərhədlərinə diqqətini yaxın aylarda daha da artırmaq fikrindədir: “Xüsusilə, İranla kəskinəlşən münasibətlər və Ermənistanda qərbpərəst qüvvələrin hakimiyyətə gətirilməsindən sonra bu diqqət təbiidir. Cənubi Qafqaz bölgəsi artıq ABŞ-ın prioritet regionları sırasına daxil edilib desək, yanılmarıq.
Bu məktubla ABŞ administrasiyası həm Azərbaycana dostluq mesajı göndərmiş olur, eyni zamanda Rusiya və İrana Cənubi Qafqazı diqqətdə saxladığını göstərmiş olur. Nəzərə alaq ki, ABŞ indiyədək regiondakı əsas tərəfdaşları kimi Azərbaycan və Gürcüstanı görürdü. Doğrudur, Ermənistana və Dağlıq Qarabağa da hər il dövlət səviyyəsində yardım edirdi və s. Lakin Ermənistan birmənalı surətdə Rusiyanın nəzarətində olan ölkə idi. Lakin son hakimiyyət dəyişikliyindən sonra da Ermənistan artıq qərbyönümlü siyasət kursu seçməli oldu.
ABŞ artıq Cənubi Qafqazı bütövlükdə özünün nəzarətində olan bölgə kimi görür. Burada Rusiya və İranın təsiri azaldılmağa çalışılır. Donald Trampın məktubu da bu baxımdan superdövlətin Cənubi Qafqaza diqqətini artırdığını, onu bütöv bir region halında gördüyünü, onun problemlərinə diqqətlə yanaşdığını, bölgədə sülh üçün bundan sonra daha səylə çalışacağını göstərir”.
Xanım Məmmədova əlavə etdi ki, Ermənistanda qərbyönümlü şəxsin dövlətin faktiki birinci şəxsi olması onu hakimiyyətə gətirən qüvvələrin bu ölkənin siyasətində söz sahibi etmiş oldu: “Nikol Paşinyanın hakimiyyətə gətirilməsində ABŞ-da fəaliyyət göstərən Amerika Erməni Milli Assambleyası və Avropadakı bəzi erməni diaspor təşkilatlarının aktiv rolu olduğu nəzərə alınarsa, onların bir çox məsələlərə dair mövqeyinin Qarabağ münaqişəsinə təsirsiz ötüşəcəyini demək olmaz. Donald Trampa yaxın olan yəhudi lobbisinin erməni diasporu üzərində təsiri nəzərə alınarsa, bunun Qarabağ məsələsində də müəyyən irəliləyiş ehtimalı mümkün ola bilər. Görünür, D. Tramp da bu ehtimalları nəzərə alaraq, məktubunda ümidverici məqamlardan çıxış edib və əvvəlki mövqeyinə münasibətdə Qarabağ probleminin həlli mümkünlüyünü vurğulayıb”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar