Sizin Reklam Burada
Xəbər lenti
03-05-2024
02-05-2024
BÜTÜN XƏBƏRLƏR

Dünyaca məşhur şirkət AZƏRBAYCANI ƏLƏ SALIR - Yenə təxribat, yenə qanunsuzluq - FOTOFAKT

Tarix: 25-05-2018 08:39     Baxış: 3492 A- / A+
Dünyaca məşhur şirkət AZƏRBAYCANI ƏLƏ SALIR - Yenə təxribat, yenə qanunsuzluq - FOTOFAKT


Dünyaca məşhur şirkət Azərbaycana qarşı çirkin təxribatlarından əl çəkmir və bizi ələ salır.

Hollandiyada qeydiyyatdan keçmiş "booking.com" şirkəti Azərbaycana qarşı çirkin təxribatlar həyata keçirməkdə davam edir.

Xatırladaq ki, dünyanın nüfuzlu mehmanxana bronlaşdırılması saytı hesab edilən booking.com 2016-cı ildə Ermənistanın işğalı altında olan Azərbaycan ərazilərini, daha dəqiq desək, Dağlıq Qarabağdakı Xankəndi şəhərini Ermənistan şəhəri kimi qeyd etmiş və göstərilmişdi ki, bu saytda Azərbaycan Respublikasının icazəsi olmadan Xankəndidə mehmanxana otağı bronlaşdırmaq mümkündür.
Daha sonra booking.com-un bu təxribatına Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi də reaksiya vermişdi. Ardıcıl şikayətlərdən bir neçə ay sonra booking.com 2017-ci ilin ortalarında Azərbaycanın işğal olunmuş ərazilərində mehmanxana sifarişlərinin həyata keçirilməsini dayandırmışdı.

Lakin üstündən qısa müddət sonra booking.com yenə də analoji qanunsuzluğa başlamış və yenə də Azərbaycan tərəfdən sərt təpkilərlə qarşılaşmışdı. Yenə də məsələyə XİN səviyyəsində reaksiya verilmiş, yenə də booking.com qələtini düzəltmişdi.
Amma təəssüflər olsun ki, booking.com Azərbaycanı ələ salmaqda davam edir. Çünki bu şirkət yenə də qanunsuzluğunu bərpa edib və Azərbaycanın işğal olunmuş ərazilərindən mehmanxana və ev sifarişlərini həyata keçirməyə başlayıb. Düzdür, hal-hazırda göstərilən şəhərlər üzrə artıq saytda sifariş vermək mümkün deyil. Lakin az öncə sayt belə bir xidmət təklif edirdi. Edilən "screenshot"lardan da görünür ki, saytda yenə də Ermənistan tərəfindən işğal olunmuş Xankəndi və Şuşa şəhərlərində mehmanxana və qonaq evləri üzrə sifarişlər qəbul olunur.

Dünyaca məşhur şirkət AZƏRBAYCANI ƏLƏ SALIR - Yenə təxribat, yenə qanunsuzluq - FOTOFAKT


Bundan əvvəl də rəsmi şəkildə bəyan edildiyi kimi, "booking.com" şirkəti tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərinin turizm məntəqəsi kimi təşviq edilməsi və orada mehmanxana sifarişlərinin həyata keçirilməsi beynəlxalq hüququn norma və prinsipləri, Ümumdünya Turizm Təşkilatının Nizamnaməsi, Turizmə dair Qlobal Etik Məcəllə, ÜTT-nin İcraiyyə Şurasının müvafiq qərar və tövsiyələrinə köklü şəkildə ziddir.

Dünyaca məşhur şirkət AZƏRBAYCANI ƏLƏ SALIR - Yenə təxribat, yenə qanunsuzluq - FOTOFAKT


Bundan əlavə, Azərbaycanın işğal olunmuş əraziləri qanuni beynəlxalq pul köçürmə əməliyyatları üçün qapalı olduğu halda, booking.com üzərindən onlayn ödənişlər edilərək işğal olunmuş ərazilərdə mehmanxana rezervasiyası və "booking.com"un bundan qazanc əldə etməsi qanunsuz beynəlxalq ödəmə əməliyyatları və çirkli pulların yuyulması deməkdir.

Xatırladaq ki, booking.com saytı müştərilərə 200-dən çox ölkədə yarım milyondan çox mehmanxana və mehmanxana tipli obyekt təqdim edir və hər gün bu sayt vasitəsilə yüzminlərlə otaq rezervasiya edilir./milli.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar