Sizin Reklam Burada
Xəbər lenti
02-05-2026
01-05-2026
BÜTÜN XƏBƏRLƏR

Elmar Vəliyev cümhuriyyətlə bağlı plakat tutan azarkeşləri həbs etdirdi - FOTO

Tarix: 21-05-2018 10:03     Baxış: 4335 A- / A+
Elmar Vəliyev cümhuriyyətlə bağlı plakat tutan azarkeşləri həbs etdirdi - FOTO


Azərbaycan Premyer Liqasının 28-ci turunda Gəncədə "Kəpəz” – "Neftçi” oyunundan əvvəl yerli azarkeşlərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyilə bağlı pankart açmaq istəyinə imkan verilməyib.

Manevr.az xəbər verir ki, bu barədə supersport.az saytı xəbər yayıb.

Qeyd olunub ki, fanatlar qarşılaşmaya daxil olmaq istəyərkən əllərində AXC qurucularının, həmçinin yubileyə həsr olunan şəkillər olub. Polislər azarkeşlərin pankartı stadiona aparmasına imkan vermədiyi üçün qalmaqal baş verib.

Hüquq-mühafizə orqanları əməkdaşları fanatlara fiziki güc tətbiq edib və "Cümhuriyyət Quran Kişilərin Nəvələriyik!” şüarına görə azarkeşlər həbs olunub.

Onu da qeyd edək ki, bir müddət əvvəl Gəncənin deputatı, son illər icra başçısı Elmar Vəliyevin əsas adamlarından birinə çevrilən və buna qədər faktiki tez-tez Azərbaycan siyasətinə müdaxilə edən, Rusiyanın istefada olan generalı İlqar Qasımovun sayəsində ulduzları parlamış Naqif Həmzəyev də Rəsulzadəni aşağılayan açıqlama vermişdi.

Bundan başqa, Gəncədə Rəsulzadənin büstünə olan mənfi münasibəti də yəqin oxucular unutmayıb

Elmar Vəliyev cümhuriyyətlə bağlı plakat tutan azarkeşləri həbs etdirdi - FOTO

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar