Sizin Reklam Burada
Xəbər lenti
18-09-2025
17-09-2025
BÜTÜN XƏBƏRLƏR

Ana 5 yaşlı oğlunu boğub öldürdü – "Pis ruhlardan təmizləmək üçün" - VİDEO

Tarix: 13-10-2016 10:45     Baxış: 4443 A- / A+
Ana 5 yaşlı oğlunu boğub öldürdü

Paytaxtın Yasamal rayonu Dadaş Bünyadzadə küçəsi ev 15 mənzil 140 ünvanında qətl törədilib.

ARB TV xəbər verir ki, ana doğma balasının qatilinə çevrilib. Sözü gedən binada yaşayan 2011-ci il təvəllüdlü Fərid Quluzadənin meyiti aşkar olunub.

Mənzilə baxış keçirən hüquq mühafizə orqanı əməkdaşları uşağı anası Nazilə Qulubəyovanın öldürdüyünü məlum ediblər.

Ruhu üstündə olmayan ana övladının ağız nahiyəsinə əski parçası tutaraq, guya onu pis ruhlardan təmizləyirmiş, amma ruhunu bədənindən birdəfəlik ayırıb. Azyaşlı havasızlıqdan boğularaq dünyasını dəyişib.

Artıq hadisəni törədən ana Yasamal rayon polis idarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Qeyd edək ki, dünyasını dəyişən Fərid Quluzadə ailənin yeganə övladı olub, iki ay sonra 5 yaşı olacaqdı. Faktla bağlı araşdırmalar davam etdirilir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar