Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda REKORD - Kitab nəşr olunandan cəmi 3 saat sonra satılıb qurtardı

Tarix: 15-05-2018 19:54     Baxış: 3462 A- / A+
Azərbaycanda REKORD - Kitab nəşr olunandan cəmi 3 saat sonra satılıb qurtardı


Xəbər verdiyimiz kimi ötən həftənin şənbə günü, mayın 12-də tanınmış yazıçı, bestseller kitablar müəllifi Rövşən Abdullaoğlunun "Abaddon" adlı yeni psixoloji detektiv romanı işıq üzü görüb. Lakin kitab nəşr olunandan sonra cəmi bir neçə saat ərzində tamamilə satılaraq qurtarıb.

"Abaddon"un ilkin nəşri topdan və pərakəndə halda olmaqla birlikdə cəmi 3-4 saata alınaraq bitib. Əvvəlcədən onlayn qaydada sifariş edən alıcıların kitabları isə tədricən ünvanlarına çatdırılır.

Kitabın çap olunduğu nəşriyyatdan milli.az-a verilən məlumata görə, oxucuların "Abaddon"a olan hədsiz marağını qarşılamaq və onların mövcud tələbatını ödəmək üçün yaxın günlərdə roman ikinci dəfə təkrar nəşr olunacaq və dərhal da satışa çıxarılacaq.

Qeyd edək ki, Rövşən Abdullaoğlunun "Relslər üzərinə uzanmış adam" romanının ilk nəşri cəmi iki həftə ərzində tükənməsi ilə vaxtilə bir rekord qeydə alınmışdı. Lakin "Abaddon"un cəmi bir günə, hətta bir neçə saata satılması ilə müəllif öz rekordunu yeniləyib.

Xatırladaq ki, əsərlərində ən müxtəlif mövzulardan bəhs etməklə oxucuların böyük marağını cəlb edən R.Abdullaoğlu bu dəfə detektiv janrına müraciət edib. Romanda hadisələr İrlandiyada cərəyan edir. Məşhur "Titanik" gəmisini ilk və son səfərinə yola salmış sakit liman şəhərində baş verən silsilə qətllər bütün ölkədə əks-səda doğurur. Qatilin ələ keçirilməsi üçün yerli qarda (polis) əməkdaşları ilə yanaşı paytaxt Dublindən Kork şəhərinə ezam edilmiş məşhur müstəntiq və Amerikadan gəlmiş kriminal psixoloq da axtarış işlərinə cəlb edilir. Daha sonra oxucu çoxşaxəli süjet xətti boyunca qatilin cinayət axtarış komandasına açdığı mübarizəni təqib etməyə başlayır.
Əsər daha çox intellektual-psixoloji yönü ilə də diqqət çəkir. İnsanın bitməyən daxili savaşı, tənəzzülə və təkamülə aparan amillər demək olar ki, bütün obrazların üzərindən fərqli aspektlərdə açıqlanır. Burada qorxu və cəsarət, qorxu və sevgi hissləri bir bədəndə qarşılaşdığı zaman ortaya çıxan maraqlı davranış modelləri ilə rastlaşır, uşaqkən ilk qorxu qarşısında yenilmiş bir neçə fərqli insan həyatı görürük. Romanın bəzi hissələrində psixoloji zədələr qarşısında müdafiə mexanizmini işə salmış insan şəxsiyyətinin nələrə qadir olduğundan bəhs edilir.

Vətənə, milli-mənəvi dəyərlərə bağlılıq və bunun fonunda Tanrıya, dini inanclara fərqli münasibət (İrlandiya xalqı dini etiqadlara, müqəddəs şəxsiyyətlərə bağlılığı ilə tanınır) əsər boyunca ana xətti müşaiyət edərək müxtəlif rakurslardan işıqlandırılır. Sonda mozaikanın bütün daşlarını bir yerə toplayan müəllif maraqlı bir təsvir yaratmaqla əsər boyu oxucunu düşündürən tapmacanın açarını təqdim edir.

Xatırladaq ki, R.Abdullaoğlunun bu günə qədər motivasiya psixologiyası, irfan, fəlsəfə və teologiya mövzularında 24 kitabı nəşr olunub. Motivasiya psixologiyası silsiləsindən olan "Çətin olsa da, həyat davam edir", "Hər bir İnsan hökmdardır", "Arxadakı körpüləri yandırın" kitabları bestseller olub, Onun "Arxadakı körpüləri yandırın" kitabı 2014-cü ildə Türkiyədə də çap edilib. Bədii janrda yazılmış ilk əsəri olan "Bu şəhərdə kimsə yoxdur" psixoloji romanı 2016-2017-ci illərdə Azərbaycanda ən çox satılan kitab olub.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar