Sizin Reklam Burada
Xəbər lenti
02-05-2026
01-05-2026
BÜTÜN XƏBƏRLƏR

Anar Məmmədovun HADİSƏYƏ ALDIĞI çimərlik dağıdıldı (FOTOLAR)

Tarix: 13-05-2018 15:06     Baxış: 2650 A- / A+
Anar Məmmədovun HADİSƏYƏ ALDIĞI çimərlik dağıdıldı (FOTOLAR)


Keçmiş nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun məşhur türkiyəli müğənni Hadisə üçün aldığı plyaj dağıdılıb.

Manevr.az azeuronews.com-a istinadən xəbər verir ki, hadisə Türkiyənin Bodrum şəhərində qeydə alınıb.

Müğənni Hadisəyə aid "La Plaj” məhkəmə qərarı ilə dağıdılıb. Səbəb isə, plyajın qanunsuz salınması olub.

Plyaja aid sənədləri məhkəməyə təqdim edə bilməyən Hadisənin "La Plaj”ı verilmiş müddət başa çatdığından dağıdılıb.

Türk mediasının yazdığına görə, hadisənin "La Plaj”ı müğənni həmkarı Hande Yenerin Bodrumdakı obyekti ilə rəqabətdə imiş. Bu olayın ardından jurnalistlərə açıqlama verən H.Yener ironiya ilə bildirib ki, oraların sahibi odur: "Başqaları obyekt açıb bilirsiniz. Amma, buraların sahibi mənəm”.

"La Plaj” 2016-ci ildə tikilib. Obyektin ilk sahibi Azərbaycanın keçmiş nəqliyyat naziri Ziya Məmmədovun oğlu, işadamı Anar Məmmədov olub. O, bu obyekti Hadisə Azərbaycana gələndə ona hədiyyə edib. O vaxt obyektin sənədləşməsi tam başa çatmayıbmış. 2017-ci ildə Bodrum şəhər bələdiyyəsi ictimai yerə aid ərazinin zəbt edilməsi iddiası ilə məhkəməyə müraciət edib. Məhkəmə prosesi zamanı müğənni Hadisədən obyektin sənədlərini təqdim etməsi tələb olunub. İş adamı Anar Məmmədovdan "La Plaj”ın sənədlərini ala bilməyən Hadisə son məhkəmə prosesində şokla üzləşib. Bodrum şəhər məhkəməsi obyektin qanunsuz olması səbəbi ilə dağıdılması haqqında qərar çıxarıb.

Məlumata görə ümumiyyətlə, "La Plaj”ın tikildiyi gündən sənədləri qaydasında olmayıb. Anar Məmmədova bu obyekti türkiyəli dostu satıb. Eks-nazir oğlunun Bodrumdakı obyekti isə təkcə "La Plaj” deyil. Onun burada 5 ulduzlu bir neçə otelinin olduğu deyilir.

Anar Məmmədovun HADİSƏYƏ ALDIĞI çimərlik dağıdıldı (FOTOLAR)
Anar Məmmədovun HADİSƏYƏ ALDIĞI çimərlik dağıdıldı (FOTOLAR)
Anar Məmmədovun HADİSƏYƏ ALDIĞI çimərlik dağıdıldı (FOTOLAR)

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar