Xəbər lenti
“Bacısının döşünə kamera qoymuşdu” – Həbsxanada olan biznesmenin HƏYAT HEKAYƏSİ - VİDEO
“Torpağımı əlimdən almaq üçün mənə şər atmağa çalışırdılar. Axırda istəklərinə nail oldular”.
Manevr.az xəbər verir ki, bu sözləri ARB TV-nin “Rezonans” verilişinin bu dəfəki qəhrəmanı Oqtay Quliyev həyat hekayəsini danışarkən bildirib.
9 il həbs cəzası verilən Oqtay Quliyev bildirir ki, 20 il Rusiyada yaşayıb.
“Ailəmlə birlikdə işləyib, yaşayırdım. Orada meşə işi ilə məşğul olurduq. Meşələri qırıb şaxtalara verirdik. Böyük adamlarla söhbətim düşdü, məhkəmə 9 il həbs verdi. 45 qram narkotik maddə ilə tutulmuşam. Həbsdə olan tanışım mənə dedi ki, narkotiki bir adamdan götürüb bacıma verərsən. Sən demə bacısının döşünə kamera qoyublarmış. Narkotiki verəndə də kameraya çəkdilər. Mənim həbs olunmağıma səbəb başqadır. Qoca qonşumuz var idi, ölənə yaxın torpağını bizə verdi. Oğlum oranı qazanda kömür çıxdığını bildirdi. Xəbər yayıldı, söhbət böyüdü. Bir dəfə mənə silahlı hücum etdilər. Məni tutdurub, torpağı əlimdən almaq istəyirdilər. Və beləcə istədiklərinə çatdılar, həbs olundum. Bir müddət orada qaldıqdan sonra, Azərbaycana göndərdilər. Həbsdə olarkən valideynlərim vəfat etdi”.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar