Sizin Reklam Burada
Xəbər lenti
19-05-2024
18-05-2024
BÜTÜN XƏBƏRLƏR

Hüseynin intihardan əvvəl dostuna yazdığı son mesaj : "Haqqını halal et"

Tarix: 11-10-2016 20:17     Baxış: 5459 A- / A+
Hüseynin intihardan əvvəl dostuna yazdığı son mesaj



Dünən Bakı şəhərinin Nizami rayonunda özünü SOCAR-ın gənc mütəxəssisləri üçün yataqxanasının 11-ci mərtəbəsindən ataraq intihar edən tələbə Hüseyn Abbasovun yaxın dostu hadisə ilə bağlı Lent.az-a danışıb.

Adının açıqlanmasını istəməyən tələbə deyib ki, həmişə onun köməyə ehtiyacı olduğunu hiss edib: “Mənə yaxın idi və bacardığım qədər kömək edirdim. İntiharından yarım saat əvvəl təsadüfən yataqxana liftində qarşılaşdıq. Mən dərsdən gəlirdim, o isə 11-ci mərtəbəyə çıxırdı. Soruşdum ki, sən 4-cü mərtəbədə qalırsan, niyə 11-ə çıxırsan? Cavab verdi ki, orda bir nəfərlə görüşəcək və daha sonra Gəncəyə gedəcək. Mən liftdən düşəndən 10 dəqiqə sonra yazdı ki, “Haqqını halal elə”. Yemək yediyim üçün mesajı gec gördüm”.

Yaxın dostu 20 yaşlı Hüseynin ailəsi ilə probleminin olduğunu qeyd edib və dostunun təhsilini başqa sahədə davam etdirmək istədiyini, atasının isə buna qarşı çıxdığını deyib: “O, universitetdən çıxıb başqa nə olur olsun, oxumaq istəyirdi. Amma atası razı olmurdu”.
Hüseynin intihardan əvvəl dostuna yazdığı son mesaj

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar