Sizin Reklam Burada
Xəbər lenti
29-04-2024
28-04-2024
BÜTÜN XƏBƏRLƏR

Şahbaz Quliyev girovluqdan ailəsinə video göndərdi

Tarix: 26-04-2018 15:11     Baxış: 3946 A- / A+
Şahbaz Quliyev girovluqdan ailəsinə video göndərdi


Erməni girovluğunda olan Şahbaz Quliyev ailəsinə video görüntü göndərib.

Bu barədə apa-ya Ş. Quliyevin əmisi oğlu Natiq Quliyev məlumat verib.

Onun sözlərinə görə, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri Ş. Quliyevin video görüntüsünü ailəsinə çatdırıb.

Video müraciətdə Ş. Quliyev əhvalının yaxşı olduğunu dilə gətirib, ailə üzvlərini anasından və qızından muğayat olmağa çağırıb.

Video görüntüdə Şahbaz Quliyevin vəziyyətinin o qədər də yaxşı olmadığı müşahidə edilib: "Şahbaz çox arıqlayıb, çətinliklə nəfəs aldığı açıq şəkildə hiss olunurdu. Bildiyimizə görə onun qara ciyərinin sıradan çıxmaq təhlükəsi var”.

N. Quliyev bildirib ki, BQXK nümayəndələri ailəsi baxdıqdan sonra görüntüləri özləri ilə aparıblar.

N. Quliyev həmçinin qeyd edib ki, Ş. Quliyev 2015-ci ildə əməliyyat olunub, onun öd kisəsi götürülüb. Əməliyyat müsəlman ölkələrin birindən gəlmiş həkim tərəfindən həyata keçirilib. Həmin həkim o vaxt Azərbaycana gələrək ailəsinə Ş. Quliyevin əməliyyatdan sonrakı durumu barədə məlumat verib.

Qeyd edək ki, hazırda Dağlıq Qarabağda üç azərbaycanlı saxlanılır.

2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib. İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qanunsuz "məhkəmə” qurulub. "Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev 22 il müddətinə azadlıqdan məhrum edilib.

Azərbaycan vətəndaşı Elnur Hüseynzadə isə 2017-ci ilin fevralında Talış kəndi istiqamətində naməlum şəraitdə ermənilərin əlinə düşüb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar