Sizin Reklam Burada
Xəbər lenti
15-10-2025
14-10-2025
BÜTÜN XƏBƏRLƏR

“HANSI ÖLKƏDƏ DÖVLƏT MƏMURU 23 İL İŞLƏYİR?” - Abid Şərifov

Tarix: 23-04-2018 12:09     Baxış: 4357 A- / A+
“HANSI ÖLKƏDƏ DÖVLƏT  MƏMURU 23 İL İŞLƏYİR?” - Abid Şərifov


Baş nazirin sabiq müavini Abid Şərifovun səhhətinin pisləşdiyi barədə mətbuatda məlumat yayılıb.

Manevr.az xəbər verir ki, A.Şərifovun təcili xəstəxanaya yerləşdirildiyi, hazırda kardiologiya şöbəsində müalicə olunduğu bildirilib.

Yayılan informasiyalar haqda oxu.az-a açıqlama verən Abid Şərifov, barəsində yazılanların yalan olduğunu deyib. O bildirib ki, hazırda evdədir və səhhəti normaldır:

"Kim xəstəxanaya yerləşdirilib? Mən? Mənim xəstəxanada nə işim var? Bu yalan məlumatı yayanlara Allah insaf versin. Bəyəm, mənə nə olub ki, xəstələnim və üstəlik, xəstəxanaya da yerləşdirilim?

Əgər, 23 il dövlətin bir vəzifəsində işləmişəmsə və 79 yaşımda cənab prezidentin sərəncamına əsasən, işdən azad edilmişəmsə, bu haqda başqa düşüncələr ola bilər? Hansı ölkədə dövlət məmuru 23 il işləyir? Mən həmişə vicdanla işləmişəm və bundan sonra da vicdanlı olacağam”.

Xatırladaq ki, A.Şərifov ürəyində problem yaranması səbəbindən israildə müalicə olunmuşdu.

Ötən ilin aprel ayında millət vəkili Yevda Abramov onun İsrailin Hayfa şəhərindəki xəstəxanaya yerləşdirildiyini bildirmişdi.

Sabir baş nazir müavini orada əməliyyat olunmuşdu.

Qeyd edək ki, Abid Şərifov prezident İlham Əliyevin aprelin 21-də imzaladığı sərəncamla baş nazirin müavini vəzifəsindən çıxarılıb.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar