Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Elçibəyin 80 illik yubileyi ilə bağlı İctimai Təşkilat Komitəsi yaradıldı

Tarix: 20-04-2018 17:42     Baxış: 2236 A- / A+
Elçibəyin 80 illik yubileyi ilə bağlı İctimai Təşkilat Komitəsi yaradıldı


Azərbaycan Milli Azadlıq hərəkatının lideri, Azərbaycan Respublikasının 2-ci prezidenti Əbülfəz Elçibəyin 80 illik yubileyi ilə əlaqədar geniş toplantı keçirilib.

Manevr.az xəbər verir ki, toplantıda Xalq Hərəkatının iştirakçılarından olan Sabir Rüstəmxanlı, Ədalət Tahirzadə, Pənah Hüseyn, Mirmahmud Mirəlioğlu, İsgəndər Həmidov, o cümlədən "Günaz Tv” nin rəhbəri Əhməd Obalı, Zəlimxan Məmmədli, Arzu Səmədbəyli və digər ictimai –siyasi fəallar, Elçibəyin yaxın silahdaşları, partiya və mediya mənsubları iştirak ediblər. Toplantıda "Əbülfəz Elçibəy-80” yubiley tədbirlərinin hazırlanması və keçirilməsi üçün İctimai Təşkilat Komitəsi yaradılıb. Təşkilat komitəsinə Əbülfəz Elçibəyin mətbuat katibi və silahdaşı, professor Ədalət Tahirzadə sədr, Əbülfəz Elçibəyin köməkçisi Oqtay Qasımov isə sədrin müavini seçilib. Bundan sonra toplantı İctimaiTəşkilat Komitəsinin iclası kimi davam etdirilib. Qərara alınıb ki, İctimai Təşkilat Komitəsinin siyahısı açıq saxlanılsın və komitədə iştirak etmək arzusunda olub müraciət edən hər bir kəsin müraciətinə baxılsın. Təşkilat komitəsinin iclasında Azərbaycanda və ölkədən kənarda keçiriləcək silsilə yubiley tədbriləri ilə bağlı təkliflər səslənib, müzakirərlər aparılaraq bir sıra qərarlar qəbul edilib. Nəzərdə tutulan işlərin planlı şəkildə həyata keçirilməsi üçün Təşkilat Komitəsi özünün işçi qrupunu yaradıb. Qərara alınıb ki, bundan sonra yığıncaqlar əsasən işçi qrupun üzvlərinin iştirakı ilə, həftədə iki dəfə olmaqla keçirilsin.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar