Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Türkiyədən Ermənistanı İFŞA EDƏN BƏYANAT: Ağcabədi rayonunun...

Tarix: 20-04-2018 14:28     Baxış: 3548 A- / A+
Türkiyədən Ermənistanı İFŞA EDƏN BƏYANAT: Ağcabədi rayonunun...


Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası erməni hərbçilərinin təsərrüfat işləri ilə məşğul olan dinc sakinləri hədəfə alması ilə bağlı etiraz bəyanatı yayıb.

Manevr.az publika.az-a istinadən xəbər verir ki, bəyanatda Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndinin sakini Rahim Hacıyevin təsərrüfat işləri ilə məşğul olarkən erməni hərbçilərinin açdığı atəş nəticəsində yaralanması Ermənistan ordusunun dinc sakinlərə qarşı törətdiyi növbəti cinayət olduğu bildirilir. Qeyd olunur ki, həmişə olduğu kimi, bu dəfə də erməni silahlılarının azğınlaşması onların sabitliyi pozmağa cəhd göstərmələri ilə bağlıdır. İrəvanda siyasi iğtişaşların alovlandığı bir ərəfədə işğalçı dövlət bu yolla diqqəti cəbhə bölgəsinə yönəltməyə çalışır.

Federasiyanın bəyanatında, həmçinin qeyd edilir ki, işğal olunmuş Azərbaycan torpaqlarında başda Xocalı faciəsi olmaqla əlləri dinc insanların qanına batmış erməni terrorçuları yenə də cinayətkar fəaliyyətlərini davam etdirir. Türkiyədə yaşayan bütün soydaşlarımız düşmənin bu təxribatçı və cinayətkar əməlini kəskin şəkildə pisləyir.

Xatırladaq ki, aprel 18-də Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndinin sakini, 1991-ci il təvəllüdlü Hacıyev Rahim Azər oğlu əkin sahəsində təsərrüfat işləri ilə məşğul olarkən Ermənistan ordusunun bölmələri tərəfindən açılan atəş nəticəsində yaralanıb. Qoşunların təmas xəttinə ən yaxın yaşayış məntəqələrindən biri olan Yuxarı Qiyaməddinli kəndini Ermənistan silahlı birləşmələri 1993-cü və 1994-cü illərdə iki dəfə işğal etsə də, sonradan Azərbaycan Ordusu tərəfindən azad olunub. Lakin düşmən kəndi tərk edərkən evləri yandırıb, hər tərəfə mina basdırıb. Doğma yurdlarına qayıdan kənd sakinləri həm ermənilərin basdırdığı minalardan, həm də atəşkəsin tez-tez pozulmasından əziyyət çəkirlər.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar