Sizin Reklam Burada
Xəbər lenti
22-02-2025
21-02-2025
BÜTÜN XƏBƏRLƏR

Sarkisyan baş nazir seçilmək üçün üzünü Azərbaycana tutdu - CANLI YAYIM

Tarix: 17-04-2018 14:18     Baxış: 2655 A- / A+
Sarkisyan baş nazir seçilmək üçün üzünü Azərbaycana tutdu - CANLI YAYIM

Ermənistan parlamentində baş nazirin seçilməsi ilə bağlı iclas başlayıb.

Serj Sarkisyan Ermənistan parlamentində deputatların suallarına cavab verir.

15 deputat iclasda iştirak etmir. İclas 90 deputatın iştirakı ilə davam edir. Spiker Ara Babolyan "kvorum var" deyə bildirib.

Hakim Respublika Partiyasının parlament fraksiyasının rəhbəri Vaqram Baqdasaryan çıxışında Azərbaycan Ordusunun təhlükəsini xatırladıb və qeyd edib ki, "Azərbaycan faktoru bizim ölkəmizə güclü liderin lazım olduğunu göstərir".

O, Sarkisyanın baş nazir seçilməsinin vacib olduğunu bildirib.

"Bu, Ermənistanın təhlükəsizliyi və Dağlıq Qarabağa görə lazımdır", - deyə Baqdasaryan iddia edib.

Sarkisyan çıxışında təhlükəsizliyin bir nömrəli prioritet olduğunu bildirib. Əlavə edib ki, "Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması məsələsində mövqeyim dəyişməzdir. Lakin buna paralel olaraq, ordunu gücləndirəcəyik".

Qeyd edək ki, çıxışlardan sonra səsvermə olacaq. Əgər bu gün baş nazir seçilməsə, o zaman 7 gün sonra yeni namizəd irəli sürülməlidir. İkinci mərhələdə də baş nazirin seçilməsi mümkün olmasa, parlament buraxılmalı və növbədənkənar seçkilərə gedilməlidir. Lakin ekspertlər Sarkisyanın bu gün baş nazir seçilməsi ehtimalının güclü olduğunu hesab edirlər. Hazırda İrəvan küçələrində müxalifət kütləvi etiraz aksiyası keçirir.publika.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar