Xəbər lenti
Azərbaycan erməni təxribatına cavab verdi -VİDEO
Moskvada Fight Nights Global 53 döyüşləri keçirilib. 57,2 kq-a qədər çəki kateqoriyasında azərbaycanlı Elnar İbrahimov litvalı Oleq Liçkovaxuya qalib gəlib. Amma Moskvadakı döyüş gecəsi bizim üçün yalnız bununla yadda qalmayıb. Ermənilər burada da növbəti təxribat təşkil etməyə cəhd göstəriblər.
Belə ki, Elnara qədər Vartan Asatryan rinqə çıxıb və döyüşünü udub. Sonra öz qələbəsini Dağlıq Qarabağa həsr etdiyini bildirib və tanınmamış "Dağlıq Qarabağ Respublikası”nın bayrağını qaldırıb. Bundan başqa, separatçı qurumun bayrağının təsviri onun tumanında da əks olunub.
Bu Azerbaijan Fight Club-un prezidenti Şəhriyar Abbasovun başçılığı ilə Azərbaycan nümayəndə heyətini hiddətləndirib. O, Rusiya televiziyasının birbaşa yayımında rinqə çıxıb və deyib: "Bütün dünya bilir ki, Dağlıq Qarabağ Azərbaycan ərazisdir, bura idman meydanıdır, siyasət meydanı deyil. Hər kəsdən xahiş edirəm ki, idmanla maraqlansın”.
O, təşkilatçılara da müraciət edib və bu məqamların yolverilməz olduğunu bildirib.
Şəhriyar Abbasov virtualaz.org-a bildirib ki, Asatryanaya qarşı mütləq sanksiyalar qəbul ediləcək. "Ona "NKR" bayrağı ilə rinqə çıxmağı və bayraq təsviri olan tuman geyməyi qadağan edəcəklər. Düzdür, o orada Qarabağdan olduğunu əsas gətirərək öz hüquqlarını müdafiə etməyə cəhd göstərdi. Amma məlumdur ki, yarışlarda separatizm rejiminin əlamətlərindən istifadə etmək qadağandır. Bizə tədbir görəcəklərinə söz verdilər, çünki bu peşəkar idmandır, siyasət deyil".
Qeyd edək ki, döyüş Rusiyanın məşhur “Боец” televiziyası ilə canlı yayımlanıb.
Həmin anları təqdim edirik:
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar