Xəbər lenti
Qarabağ əlili məktəbli qızını öldürdü — SƏBƏB - FOTOLAR
Qızını öldürən Qarabağ əlili cəzasının azaldılması ilə bağlı yuxarı instansiya məhkəməsinə müraciət edib.
Ötən gün Ali Məhkəmədə hakim İnqilab Nəsirovun sədrliyi ilə keçirilən məhkəmə prosesində məhkum Əsədov Rauf Əsədxan oğlu barəsində kassasiya şikayəti təmin edilmədən saxlanılıb.
Hadisənin necə baş verməsinə gəlincə, 1 dekabr 2016-cı ildə Salyan rayonunun Xurşud kənd sakini, 18 yaşlı Fərqanə Əsədova atası Rauf Əsədov tərəfindən qətlə yetirilib. Məlum olub ki, 1975-ci il təvəllüdlü Rauf orta məktəbdə əlaçı şagird olub. Amma sonralar təhsilini davam etdirməyib, sürücü-mexanik peşəsinə yiyələnib. Kənd təsərrüfatı texnikalarının təmiri üzrə ən yaxşı ustalardan sayılıb.
Ailə həyatı qurub. Kiçiyi 10, böyüyü 20 yaşında olan 5 uşaq atası olub. Evləri olmadığından kənddəki istifadəsiz köhnə məktəb binası məskunlaşmaq üçün onlara verilib. Elə qətl hadisəsi də burada baş verib.
Rauf Əsədov 1992-ci ildə Qarabağ uğrunda gedən döyüşlərin birində ağır yaralanaraq 2-ci qrup əlil olub. Elə o vaxtdan da əsəb sarsıntısı keçirdiyindən psixolji problemləri yaranıb, içkiyə və narkotikə qurşanıb. Nəticədə iki dəfəyə 10 ildən yuxarı məhkumluq həyatı yaşayıb. Bir dəfə dava-dalaş, bir dəfə isə narkotikə görə cəza çəkib. Hadisədən bir ay əvvəl-dörd il yarım həbs çəkəndən sonra azadlığa çıxıb.
Həbsdən qayıdan Rauf həyat yoldaşını döyüb-söyərək incitdiyindən qadın atası evinə gedibmiş. Ailədə hələ Raufun həbsindən əvvəl də münaqişə yaşanırmış və hətta Əsədovlar ailəsi münaqişəli ailə kimi polisdə qeydiyyatda olub. Belə ki, hadisədən bir neçə gün əvvəl Rauf qızı Fərqanənin üzərinə qaynar çaydan ataraq xəsarət yetirdiyinə görə polisdə araşdırma aparılıb. Hadisədən 1 gün əvvəl isə atası Fərqanəni rayon mərkəzinə apararaq onun üçün xeyli əyin-baş alıb. Amma evə qayıdan axşamı bıçaqla vuraraq əvvəlcə yaralayıb, bir qədər keçdikdən sonra isə yaralı qızı 2-ci bıçaq zərbəsi ilə ürəyindən vuraraq qətlə yetirib.
Məlum olub ki, Rauf həmin axşam 2 şüşə araq içibmiş...Qızını öldürən sərxoş ata gecə saat 3 radələrində ağlaya-ağlaya oğlu, 17 yaşlı Əkbəri yuxudan oyadıb ki, "Fərqanəni qətlə yetirmişəm".
Əkbər isə, atası həbsxanadan yenicə çıxdığından, polisə gəlib və qətli üzərinə götürüb. Amma hüquq-mühafizə orqanlarının apardığı istintaq-əməliyyat tədbirləri nəticəsində Rauf Əsədov qızını sinə nahiyəsindən 2 dəfə bıçaqla vuraraq qətlə yetirdiyini etiraf edib.
Faktla bağlı Salyan rayon Prokurorluğunda Cinyət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Əsədov 13 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Şirvan Apellyasiya Məhkəməsi apellyasiya şikayətini təmin etməyərək hökmü qüvvədə saxlayıb.ölkə.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar