Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
11-09-2025
BÜTÜN XƏBƏRLƏR

Araz Əlizadə onu qadın hesab edən müşahidəçidən danışdı

Tarix: 12-04-2018 12:52     Baxış: 4293 A- / A+
Araz Əlizadə onu qadın hesab edən müşahidəçidən danışdı


Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennak dünən özünün "Twitter” bloqunda Azərbaycanda keçirilən növbədənəkənar prezident seçkisini müşahidə etdiyini yazıb. O, namizədlərdən birinin – Sosial Demokrat Partiyasından namizədliyini verən şəxsin qadın olduğunu qeyd edib.

Seçkidə iştirak edən 8 namizəddən biri, Azərbaycan Sosial Demokrat Partiyasından namizədliyini verən şəxs isə bu qurumun sədri, deputat Araz Əlizadədir.

Manevr.az xəbər verir ki, modern.az-ın əməkdaşı Sosial Demokrat Partiyasının sədri ilə əlaqə saxlayıb.

"Stefan Şennakın məni qadın kimi təqdim etməsinin səbəbini deyə bilmərəm. Onunla heç bir görüşümüz olmayıb. Bir-birimizi tanımırıq. Amma səlahiyyətli nümayəndəm Sevda Əliyeva ayın 9-da onlarla görüşmüşdü. Ümumiyyətlə, son günlər bir mövzu var. Araz Əlizadə qadındır, yoxsa kişi?!”, - deyə açıqlamasında prezidentliyə keçmiş namizəd, Milli Məclisin deputatı Araz Əlizadə AŞPA-nın Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennakın onu qadın kimi təqdim etməsinə münasibət bildirərkən deyib.

Araz Əlizadə həmməruzəçinin onun adını Arzu kimi oxuması iddiasına da aydınlıq gətirib.

"Azərbaycanda Arzu adında qadın da, kişi də var. Düşünmürəm ki, o, Araz adını Arzu kimi oxusun. O, ümumiyyətlə, Arzu sözünün mənasını bilmir. Mənə elə gəlir ki, o, diqqətlə qulaq asmayıb və ona görə də belə yanlışlığa yol verib”.

Prezidentliyə keçmiş namizəd bir dəfə də digər bir halla rastlaşdığını bildirib:


"Keçən prezident seçkilərində (2013) Latın Amerikasından bir müşahidəçi vardı. Onların qarşısında çıxış edəndə baxdım ki, bu adam yatıb. Ola bilər ki, yorulub. Görüş başa çatandan sonra əl çalınanda bu yuxudan ayıldı və əlini qaldırdı. Üzünü mənə tutaraq "niyə gender məsələsinə toxunmadınız?” dedi. Cavab verdim ki, "gender məsələsindən danışanda siz yatmışdınız”. Belə hallara rast gəlmək mümkündür”.

Araz Əlizadə onu qadın hesab edən müşahidəçidən danışdı

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar