Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan Qarabağı alıb Avrasiya İttifaqına girir?

Tarix: 11-04-2018 20:54     Baxış: 21 090 A- / A+
Azərbaycan Qarabağı alıb Avrasiya İttifaqına girir?

Ermənistan ordusu işğal edilmiş Azərbaycan ərazilərində

Rus spikerin Bakı səfərinin arxa planı

Azərbaycan Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin yaxın günlərdə Bakıya edəcəyi səfəri gözləyir.
Azərbaycan Qarabağı alıb Avrasiya İttifaqına girir?

Manevr.az-ın İstiPress-ə istinadən məlumatına görə, bu barədə Rusiyanın "Vestnik Kavkaza" portalının müxbiri ilə söhbətində Azərbaycan parlamentinin sədri Oqtay Əsədov bildirib.

“Daha müfəssəl məlumat seçkilərdən sonra veriləcək, amma onu deyə bilərəm ki, protokol xidməti xidməti hazırda bunun üzərində işləyir və Dövlət Dumasının spikeri Azərbaycana gələcək”,- deyə Milli Məclisin sədri vurğulayıb.
Azərbaycan Qarabağı alıb Avrasiya İttifaqına girir?

Əslində, Vyaçeslav Volodin Bakıya dekabr ayında səfər etməli idi və rus spikerin səfəri naməlum səbəblər üzündən təxirə salındı və erməni KİV-ləri bunu Azərbaycanın Avrasiya İttifaqına daxil olmaq üçün Rusiya ilə anlaşa bilməməsi ilə izah etməyə başladılar. Məsələn, Ermənistanın hakim Respublika partiyasının hakimiyyət ortağı daşnakların orqanı “Aysor” portalı 2017-ci il noyabrın 25-də “Qolos Armenii” qəzetində dərc edilmiş bir məqaləyə istinadən yazırdı ki, Rusiya ilə Azərbaycan arasında fikir ayrılığı Rusiya xarici işlər naziri Sergey Lavrovun Bakı səfəri zamanı yaranıb. Yəni Lavrov Azərbaycanı Avrasiya İttifaqına dəvət edib, Azərbaycan isə bunun əvəzində Qarabağı istəyib. Qəzet iddia edir ki, Azərbaycanın Rusiya ilə münasibətdə bu cür oyun qurması, yəni tələblərlə danışması Moskvanı narahat edib və buna görə iki ölkə arasında Avrasiya İttifaqı ilə bağlı danışıqlar dayandırılıb.
Azərbaycan Qarabağı alıb Avrasiya İttifaqına girir?
Madrid prinsipləri - ATƏT-in Minsk qrupunun ortaya atdığı variant 25 ildir ki, Qarabağı Ermənistanın işğalında saxlayır

Ümumiyyətlə, ermənilər həmişə Vyaçeslav Volodini Rusiyanın super gücünü özünə qaytarmaq niyyətində olan siyasətçi kimi dəyərləndiriblər. Məsələn, rus dili Ermənistanda məcburi tədris edilən xarici dil statusuna məhz Vyaçevslav Volodinin İrəvanda Ermənistan parlament rəhbəri ilə danışıqlarından sonra çatdırılıb.
Azərbaycan Qarabağı alıb Avrasiya İttifaqına girir?
Əslində, Rusiya Azərbaycanın Qarabağı geri qaytarmasına mane olmazsa, ölkənin müəyyən şərtlər daxilində Avrasiya İttifaqında təmsil olunmasında problem olmaz. Hər halda, Azərbaycanın ənənvi xammal və satış bazarları məhz Avrasiya İttifaqı məkanındadır. Lakin istənilən halda, ermənilər bu variantın gerçəkləşməsinə mane olmağa çalışacaqlar. Onlar Qarabağı əldə saxlamaq üçün hətta dövlət müstəqilliklərindən belə imtina etməyə hazırdırlar və Rusiya ilə hətta SSRİ-yə bənzər ittifaq daxilində belə birləşməyi təklif edə bilərlər. Yəni, əslində, Azərbaycan bu varianta hazır olmalıdır.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar