Sizin Reklam Burada
Xəbər lenti
29-03-2024
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

Sabiq erməni nazir: "Azərbaycanın təslim olması üçün Bakıya girməli idik"

Tarix: 06-04-2018 13:01     Baxış: 33 277 A- / A+
Sabiq erməni nazir: "Azərbaycanın təslim olması üçün Bakıya girməli idik"


Ermənistanın keçmiş müdafiə naziri Vaqarşak Arutunyan 1994-cü ildə Ermənistan və Azərbaycan arasında imzalanan Bişkek protokolu haqqında danışıb.

Qaynarinfo erməni KİV-nə istinadən xəbər verir ki, sabiq müdafiə naziri erməni millətinin bir qisminin Qarabağ müharibəsini başa çatdıran atəşkəs anlaşmasının (Bişkek Protokolu) yanlış olduğunu və erməni silahlı birləşmələrinin Azərbaycanın tamamilə kapitulyasiyasına (döyüşən tərəflərdən birinin öz müqavimətini dayandıraraq, rəqibin tələblərini qeyd-şərtsiz qəbul etməsi - red.) qədər mübarizəni davam etdirməli olduqlarını düşünündüyünü bildirib.

Arutunyanın sözlərinə görə, Azərbaycan 1994-cü ildəki atəşkəsdən sonra erməni qüvvələrini Qarabağın 1988-ci ildəki sərhədlərinə sıxışdıracağını ümid edirdi.

"Ona görə Azərbaycan atəşkəs müqaviləsini imzaladı. Hazırda ermənilərin bir qismi bu müqavilənin imzalanmasını doğru hesab etmir və o vaxt Azərbaycanı təslim olmağa məcbur etmək lazım olduğunu düşünürlər. Amma bu yanlış yanaşmadır. Çünki Azərbaycanın təslim olması üçün Bakıya girməli idik.

Ümumiyyətlə, düşmənin təslim olması üçün ordusunu tamamilə məhv etmək lazımdır. Amma atəşkəsin imzalandığı bir vaxtda Azərbaycan ordusunun həm silahı, həm də canlı qüvvəsi getdikcə artırdı", - deyə Arutunyan bildirib.

"Bişkek protokolu" Qarabağ müharibəsi vaxtı cəbhə bölgəsində atəşkəsi nəzərdə tutan, bir növ siyasi müraciət və ya sülhə çağırış məqsədli və hüquqi xarakter daşımayan sənəddir. Bunun nəticəsində 1994-cü il mayın 12-də cəbhədə atəşkəsə nail olunub.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar