Xəbər lenti
Universitetə silahlı hücum: Dörd ölü

Universitetdə baş vermiş silahlı insidentin təfərrüatı məlum olub.
Pedaqoji fakültənin elmi işçisinin açdığı atəş nəticəsində, fakültənin dekan müavini, katibi və iki pedaqoq həlak olub.
Ölənlərdən savayı azı üç nəfərin yaralandığı bildirilir.
Silahlı hücumun motivləri hələ ki, qaranlıq qalır. Ehtimallardan birinə görə, hadisə məişət zəminində baş verib. Digər versiyaya əsasən, silahlı hücumu həyata keçirən şəxsə qarşı FETÖ qruplaşmasına üzv olması ittihamı ilə cinayət işi açılıb və o, bundan hiddətlənib.
Müəllimlərdən biri də bu versiyanı təsdiqləyib. Onun sözlərinə görə, pedoqoji fakültənin əməkdaşı FETÖ əlaqələrində şübhəli bilindiyini öyrəndikdən sonra, haradansa tapança taparaq, fakültə rəhbərliyini gülləbəran edib.
Türkiyədə, Əskişəhər Osmanqazi Universitetində silahlı insident baş verib.
Əskişəhər Osmanqazi Universitetitinin təhsil fakültəsinə silahlı hücum olub.
Hücum nəticəsində dörd təhsil işçisi dünyasını dəyişib.
Verilən məlumata görə, silahlı insidenti universitetin müəllimi törədib.
Şübhəli şəxs yaxalanıb. oxu.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar