Sizin Reklam Burada
Xəbər lenti
27-04-2024
BÜTÜN XƏBƏRLƏR

Qənirə Paşayeva Sivasda Xalq Cümhuriyyəti ilə bağlı konfrans verib

Tarix: 29-03-2018 18:59     Baxış: 3479 A- / A+
 Qənirə Paşayeva Sivasda Xalq Cümhuriyyəti ilə bağlı konfrans verib


Türkiyədə səfərdə olan millət vəkili Qənirə Paşayeva Türk Ocaqlarında Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü ilə bağlı Sivasda konfrans verib. Manevr.az-ın məlumatına görə, bütün müsəlman dünyasında ilk cümhuriyyətin Azərbaycanda qurulmasından, Azərbaycanın qadınlara seçmək və seçilmək haqqını verən ilk dövlətlərdən biri olmasından danışan millət vəkili cümhuriyyət qurucuları, onların fədakarlıqlarından geniş danışıb.

Cümhuriyyətin həyata keçirdiyi böyük işlərdən, cümhuriyyət qurucuları böyük aydınlar barədə, onların Türkiyəyə böyük sevgilərindən danışan Q.Paşayeva bu böyük şəxsiyyətləri gənclərimizin daha yaxından tanıması və örnək alması üçün Türk Ocaqları kimi təşkilatları, QHT, KİV və aydınları fəal olmağa çağırıb.

O, bildirib ki, bu gün Türkiyədə bu cür konfransların keçirilməsi çox önəmlidir: “Bir türk xalqının, toplumunun problemi, bütün türk xalqlarının ortaq problemidir. Ona görə də türk dünyası ilə bağlı məsələlərdə bir-birimizə hər zaman böyük dəstək olmalıyıq”.

Sivasda Q.Paşayevanın Türkiyədə çapdan çıxmış “Turan yolçusu” və “Aşk yolçusu” kitablarının təqdimatı və imzalanma mərasimi olub. İmza mərasimində çoxlu sayda ziyalılar, gənclər, jurnalistlər iştirak ediblər. Tədbirdə iştirak edənlərə və media mənsublarına təşəkkür edən millət vəkili Qənirə Paşayeva özəlliklə gənclərin imza mərasiminə qatılmasından məmnun olduğunu deyib. Bu kitabların gənclərimiz arasında türk dünyasını daha yaxşı tanımağa öz töhfəsini verə biləcəyini deyən millət vəkili daha sonra kitablarını oxucular üçün imzalayıb, gənclərin müəllifi olduğu kitablarla bağlı suallarını cavablandırıb.

 Qənirə Paşayeva Sivasda Xalq Cümhuriyyəti ilə bağlı konfrans verib
 Qənirə Paşayeva Sivasda Xalq Cümhuriyyəti ilə bağlı konfrans verib
 Qənirə Paşayeva Sivasda Xalq Cümhuriyyəti ilə bağlı konfrans verib

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar