Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Arif Alışanova şok ittihamlar -“GƏZDİYİ QIZI ÖLDÜRÜB”

Tarix: 07-03-2018 18:39     Baxış: 3381 A- / A+
Arif Alışanova şok ittihamlar -“GƏZDİYİ QIZI ÖLDÜRÜB”


"Arif Alışanov keçmiş kürəkəni Fəridlə gəlib torpaq alırdı, mən də makler kimi haqqımı alırdım. 2011-ci ildə Arif müəllim zəng edib dedi ki, Fəridin adına olan torpaqları öz arvadı Mehriban xanımın adına keçir”.

Manevr.az qafqazinfoya istinadən xəbər verir ki, bunu AzTV sədrinə sui-qəsd cəhdi ilə bağlı aparılan məhkəmə prosesində təqsirləndirilən Şücayət Əkbərov deyib. O bildirib ki, A.Alışanovu 2007-ci ildən tanıyır: "Fərid polisin nəzarəti altında gətirildi, onda bildim ki, Alışanovun qızından boşanır. Alışanov istəmirdi ki, torpağı onun aldığı bilinsin. Çünki çox vaxt maşından da düşmürdü, alqı-satqıda da iştirak etmirdi. Torpaqları da başqa şəxslərin adına alırdı.

2011-ci ildə artıq Alışanovun Şamaxıda 120 hektar yeri var idi. Keçmiş nazir Fərhad Əliyev də Karlar kəndində torpaq almışdı. Mən təkcə Arif Alışanovla işləməmişəm. Arif Alişanov Eldar Mahmudovun 1 nömrəli adamı olub, yaxın dost idi. Sonra MTN işi vaxtı o kimlərinsə vasitəsilə sıvışıb çıxdı”.

S. Əkbərov deyib ki, Arif Alışanov torpaq almağa gəzdiyi qara bir qızla gəlirmiş. O, hətta AzTV sədrini 2016-cı ildə həmin qızı öldürməkdə ittiham edib.

S. Əkbərov deyib ki, o heç vaxt Arif Alışanovu öldürmək istəməyib: "Niyə öldürüm ki? Adımda torpağı yoxdur, filan. Onun bütün torpaqları sürücüsü Hacının adınadır. Bütün bu işləri də o mənim başıma açıb. Mənim bildiyim qədər Arifin 70 milyon əmlakı var. Tutulan nazirlər kimi bir gün onun da əmlakları üzə çıxacaq. Onda siz də hər şeyi biləcəksiz. Onu öldürmək istəyənlər elə adına əmlak aldığı şəxslərdir.

"Space"in yanındakı notariusda Hacının adından Arifə 50-yə yaxın etibarnamə verilib. Deyirdi birdən Hacı ölər, qoy problem olmasın. Arif heç qardaşının, arvadının adına torpaq almırdı. Mənim və ailə üzvlərimin adına heç nə almayıb. Mənim üçün yaxşıdır ki, torpaq alırdı, mən də qazanırdım. Onu öldürməklə nə qazanacaqdım? Mən icra başçısı Alı Qocayev üçün də torpaqlar alırdım. Təkcə Arif üçün işləmirdim ki...”

O, həmçinin bildirib ki, A. Alışanovun Xızıdakı evinin həyəti 3 hektardır.


***
12:10

AZTV- ə sədri Arif Alışanov və onun ailə üzvlərinə qarşı sui-qəsddə təqsirləndirilən Şücaət Əkbərov, Qoçalı Cəbiyevin, Zöhrab Şirinovun, Aqşin Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Manevr.az-ın lent.az-a istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Şücaət Əkbərov vəsatət qaldırıb. O Arif Alışanovun məhkəmədə iştirakın təmin edilməsini istəyib: "O gəlmirsə, məhkəmə də təxirə salınsın. Təkcə Alışanov yox digər zərərçəkənlər də qızı da bura gəlməlidir".

Təqsirləndirilənin vəsatəti təmin edilmədi.

Məhkəməyə Arif Alışanov tərəfindən iddia ərizəsi daxil olub. O, təqsirləndirilən Şücaət Əkbərova qarşı 4 milyon 582 min manat mülki iddia qaldırıb. O, həmçinin Şücaət Əkbərovun əmlakına həbs qoyularaq ona ödənilməsi istəyib.

İddia məhkəmənin icraatına qəbul edilib.

İttihama görə, Ş.Əkbərov 2013-cü ilin iyul ayından 2017-ci ilin yanvarınadək Şamaxı rayonunda və Bakı şəhərində külli miqdarda özgə əmlakını aldatma və etibardan sui-istifadə yolu ilə ələ keçirmək məqsədilə dələduzluq edərək mütəşəkkil dəstə yaradıb, qanunsuz olaraq silah, döyüş sursat əldə edib, sifarişlə iki və daha çox şəxsi qəsdən öldürməyə cəhd edib. O, A.Alışanovun 4 milyon 641 min 696 manatlıq əmlakını ələ keçirmək istəyib.

S.Əkbərov yaxın münasibətlərdə olduğu Müsahib Namazov, Qoçali Cəbiyev , onun vasitəsi ilə isə Zöhrab Şirinov ilə A.Alışanovu öldürmək barədə razılığa gəlib, cinayət planını hazırlayıb və mütəşəkkil dəstəyə rəhbərlik edib. Bunun müqabilində dəstə üzvləri Q.Cəbiyevlə M.Namazova 600 min manat pul verəcəyini vəd edib.

2016-cı ilin dekabr ayının 13-də Şamaxı rayonunun Mədrəsə qəsəbəsindəki evinə gələcəyini qabaqcadan bildiyi A.Alışanovu, onun qızı Nigar Alışanovanı və sürücüsü Hacı Babayevi öldürməsini sifariş verib.

Lakin sonradan dəstə üzvü M.Namazov bu cinayətdən könüllü olaraq imtina edib.

Ş.Əkbərov 2016-cı ilin dekabr aylarında A.Alışanovu qəsdən öldürmək məqsədilə başqa şəxs tapmaq barədə dəstə üzvü Q.Cəbiyevə yenidən tapşırıq verib. Q.Cəbiyev əvvəllər məhkum olunmuş, tanışı Z.Şirinovla cinayəti törətmək məqsədi ilə 100 min manat qarşılığında razılığa gəlib. Bir qədər sonra A.Alışanovun, onun bacısı oğlu Dəyanət Cəfərovun içərisində olduğu "Toyota land Cruiser” markalı 99-AA- 400 dövlət nömrə nişanlı avtomaşını Çuxuryurd- Şamaxı şosesi yolunda hərəkətdə olarkən yüksək sürətdə vuraraq hündürlükdən dərəyə salmaq barədə plan hazırlanıb.

Q.Cəbiyev telefonla Z.Şirinova zəng edib, cinayətin törədiləcək vaxtı, A.Alışanovun içərisində olacağı avtomaşını markası, rəngi, dövlət nömrə nişanlı barədə məlumatlandırıb.

Lakin A.Alışanov gözlənilmədən öz avtomaşınına deyil, VAZ 21214 "NİVA” markalı, 10-LR-099 dövlət nömrə nişanlı avtomaşına əyləşib və Ş.Əkbərov bu barədə dəstə üzvləri Q.Cəbiyev və Z.Şirinovu xəbərdar etməyə imkan tapmayıb.

Plana əsasən, Q.Cəbiyev Çuxuryurd kəndindən keçib Şamaxı şəhərinə doğru hərəkət edən "Toyota Land Cruiser” markalı avtomaşını özünün idarə etdiyi VAZ 21214 "NİVA” markalı avtomaşınla bir neçə dəfə arxa sol və orta hissəsindən vuraraq yüksəklikdən dərəyə salmağa çalışsa da, buna nail ola bilməyərək idarəetməni itirib.

S.Əkbərov qəsdən adam öldürmə cinayətinin icrası üçün qrup üzvlərinə vəd etdiyi 100 min manat pulun bir hissəsini Z.Şirinova verib. Təqsirləndirilən şəxs 2017-ci ilin yanvar ayının 11-də növbəti dəfə A.Alışanovu Şamaxı rayonunda odlu silahdan istifadə etməklə qəsdən öldürmək qərarına gəlib.

Lakin yenə planları baş tutmayıb. Ş.Əkbərov sürücüsü Aqşin Hüseynov və mütəşəkkil dəstənin üzvü Q.Cəbiyev vasitəsilə avtomat silahı Z.Şirinovdan geri alaraq, yenidən A.Alışanovla Şamaxı rayonunun ərazisində görüşəcəkləri barədə razılığa gəlib. Həmin gün Şamaxı rayonunun Mədrəsə qəsəbəsində yerləşən su hovuzuna baxmağa apararkən odlu silahlardan atəşlər açmaqla qəsdən öldürmək barədə dəstə üzvləri Q.Cəbiyev, M.Namazov və Z.Şirinovu təlimatlandırıb.

M.Namazov dəstə üzvləri tərəfindən törədiləcək qəsdən adam öldürmə və qanunsuz silah əldə etmə daşıma, gəzdirməklə saxlama əməlləri barədə polis orqanlarına vaxtında məlumat verib. Polis əməkdaşları Ş.Əkbərovu, Q.Cəbiyevi, A.Hüseynovu və Z.Şirinovu saxlayıb.

Məhkəmənin qərarı ilə Ş.Əkbərov, Q.Cəbiyev, A.Hüseynov və Z.Şirinovun barəsində həbs qətimkan tədbiri seçilib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar