Xəbər lenti
İzmirdə Heydər Əliyev adına park və abidənin açılışı olub- FOTOLAR
Manevr.az-ın verdiyi xəbərə görə, Türkiyənin İzmir şəhərinin Karşıyaka rayonunda ümummilli lider Heydər Əliyevin adına salınmış parkın və abidənin açılışı olub.
Qardaş qonşu ölkənin və Azərbaycanın hökumət nümayəndələrinin qatıldığı mərasimdə hər iki ölkənin dövlət himnləri səsləndirilib, ulu öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Karşıyaka bələdiyyəsinin sədri Hüseyn Mutlu Akpınar Bakının qardaş şəhəri İzmirdə ümummilli liderin adına parkın açılmasını tarixi hadisə adlandırıb. O, qeyd edib ki, Türkiyənin qurucusu Mustafa Kamal Atatürkun ən çox sevdiyi və ömrünün çox hissəsini keçirdiyi bu şəhərdə dahi şəxsiyyət Heydər Əliyevin də adının əbədiləşdirilməsi türk dünyasının hər iki şəxsiyyətinə verdiyi ən böyük dəyərdir. Karşıyaka kaymakamı Sadettin Yücel də çıxışında belə bir abidənin və parkın açılmasının böyük əhəmiyyətindən danışıb. Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin 1-ci müavini Valeh Hacıyev, millət vəkilləri Qənirə Paşayeva və Sona Əliyeva çıxışlarında çağdaş Azərbaycanın qurucusu Heydər Əliyevin keçdiyi çətin və keşməkeşli həyat yolundan, apardığı mübarizələrdən danışıblar. Çıxışlarda həmçinin Heydər Əliyevin İzmirlə bağlı maraqlı xatirələrindən bəhs edilib. Layihənin həyata keçirilməsinin təşkilatçılarından olan İzmir Azerbaycan Kültür və Dayanışma Dərnəyinin rəhbəri Mülazim Paşa da ümummilli lider Heydər Əliyevin adına salınmış parkın və abidənin İzmir Karşıyakada açılmasının bir millət, iki dövlət birliyi üçün çox önəmli olduğunu xüsusi vurğulayıb.






Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar