Xəbər lenti
Paytaxtda qeyri-adi aksiya - 50-dən çox məmur küçədə yatacaq

50-dək məmur havanın soyuq olmasına baxmayaraq, bütün gecəni küçədə yatacaq. Onlar bununla küçədə donan evsizlərə diqqəti cəlb etmək niyyətindədirlər.
Bu təşəbbüslə Etamp kommunasının mer müavini Eson Mama Si departamentdə çıxış edib. O, bu barədə çağırışını özünün Facebook hesabında da yayıb.

Paytaxtın yeni meri məlum oldu.
“Ötən il demək olar 500 nəfər qalmağa yerləri olmadığından küçələrdə ölüb. 2018-ci ilin 1,5 ayı ərzində təkcə Parisdə 13 nəfər ölüb. Fevralın 28-də 50-dək xalq nümayəndəsi Austerlits vağzalı yanında küçədə yatacaqlar” – deyə Si öz postunda bildirib.
Fevralın ortalarında Fransa paytaxtında “Həmrəylik gecəsi” keçirilib. Gecədə şəhərdəki evsiz insanlar sayılıb. Aksiya təşkilatçılarının bildirdiyinə görə, Paris küçələrində 5 minə qədər evsiz insan yaşayır. Onların bir hissəsi qışı sığınacaqlarda keçirirlər. Buna baxmayaraq, 3 minə qədər insanın hətta müvəqqəti də olsa başını soxacaq yeri yoxdur.
Bu aksiyanın keçirilməsi müxtəlif müzakirələrə də yol açıb. Ərazi Birliyi Nazirliyi yanında dövlət katibi Jülyen Denormandinin bütün İl-de-Frans regionu ərazisində 50-dən artıq evsiz insanın olmadığı barədə fikirləri müzakirələri daha da alovlandırıb. Axırda katib etiraf edib ki, sığınacaq yerləri kifayət qədər deyil.
Bu gün Fransada qışın ən soyuq günü qeydə alınıb. Yerli KİV-in “Moskva-Paris” fenomeni kimi dəyərləndirdiyi yüksək atmosfer təzyiqi nəticəsində ölkə ərazisində ötən həftə sərt hava müşahidə olunub. Bir çox regionlardakı küçə termometrləri sıfır dərəcənin altına düşüb. Fransada bu günlər ərzində bir neçə evsiz insan küçədə donaraq ölüb.sputnik
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar